Con Rokfeller deyirdi ki, insanlarla ünsiyyət qurmaq bacarığı bir əmtəədir və biz onu çay və ya qəhvə kimi gedib ala bilərik: “Mən bu bacarığı əldə etmək üçün əlimdə olan hər şeyi verməyə hazıram”. Doğru kommunikasiya böyük əhəmiyyət kəsb edir. Bu, təkcə şəxslərarası ünsiyyətə aid deyil, şirkət və müştərilər arasında münasibətlərin qurulmasına da aiddir.
Gündəlik informasiya axınında istehlakçının səs-küylü reklam təklifləri arasında oriyentasiya etməyi çox çətindir. Televiziya, media, elektron və adi poçt, qəzet və jurnallar – hər yerdə effektivliyi yüzdə bir faizlə ölçülən, parlaq başlıqlar və rəngarəng şəkillər görürük. Bundan əlavə, belə reklamı seqmentlərə bölmək çətindir və nəticədə o, hədəf auditoriyasının konkret nümayəndəsinə deyil, kütləyə yönəlir. Buna görə istehlakçı ilə şəxsən əlaqə saxlamağa və dialoq qurmağa imkan verən marketinq metodları getdikcə populyarlaşır.
Konsultasiya
Bu vasitələrdən biri telemarketinqdir. Telemarketinq telefon əlaqəsi vasitəsilə məhsul və ya xidmətin satışını nəzərdə tutan telekommunikasiya növüdür.
Niyə telemarketinq effektiv satış vasitəsidir?
Telefonla aktiv satışların əsas özəlliyi müştəri ilə birbaşa əlaqə və ən əsası, əks əlaqənin yaradılmasıdır. Söhbət əsnasında menecerin iki məqsədi olur: məhsul və ya xidməti satmaq, habelə problem yarandığı təqdirdə müştərinin iradını müəyyənləşdirmək. Bu məlumatlar sizə hər dəfə satış prosesini təkmilləşdirməklə yanaşı, həm də marketinq strategiyanızı hədəf auditoriyanızın gözlənti və maraqlarına uyğunlaşdırmağa imkan verəcək. Ola bilsin ki, uğurlu nəticə əldə etmək üçün məhsulunuzun xüsusiyyətlərinə kiçik düzəlişlər etmək kifayətdir.
Telefonla soyuq satışların aparılmasının digər qiymətli üstünlüyü istehlakçı auditoriyasının öyrənilməsi və ondan hədəf seqmentlərin seçilməsidir. “Wilstream” çağrı mərkəzinin məhsulunuzla həqiqətən maraqlanan müştərilərdən ibarət məlumat bazasının yaradılması sahəsindəki təcrübəsi məlumat bazası üçün optimal parametrləri müəyyən etməyə və potensial müştərilərin əlaqə nömrələrini tez bir zamanda toplamağa imkan verəcək.
Zəng üçün bazanın yaradılması layihənin hazırlanmasının ən vacib mərhələlərindən biridir. Məlumat bazaları fərqli meyarlar əsasında təşkil edilə bilər:
- coğrafi yer – ölkə, şəhər və ya rayon;
- demoqrafik xüsusiyyətlər – potensial müştərilərin yaşı və cinsi;
- şirkətin fəaliyyət sahəsi – hüquqi şəxslər üçün.
Təbii ki, biznesinizi ən çox hədəflənmiş istehlakçılarla təmin etmək üçün hər bir müştəriyə uyğun fərdi müştəri bazası parametrləri seçirik.