Satışları artırmağın bir çox yolu var, lakin çox vaxt ən effektiv həll ən sadə həll olur. Zənglərin yaxşı təşkil olunmuş qəbul və emal prosesi sayəsində nəinki dərhal nəticə əldə edəcəksiniz, həm də ilkin olaraq müştəri ilə şirkət arasında yaxşı münasibət yarada, təkrar satış ehtimalını artıra biləcəksiniz.
Konsultasiya
Telefonla sifarişin uğurlu qəbulu üçün lazım olanlar:
- Texniki avadanlıq
“Wilstream” çağrı mərkəzinin istifadə etdiyi müasir avadanlıq və ən son telekommunikasiya texnologiyaları istənilən sayda telefon xəttinin fasiləsiz işləməsinə imkan yaradır. Biznesinizin böyüklüyündən asılı olmayaraq, müraciətlərin qəbulunu elə təşkil edirik ki, heç bir sorğu cavabsız qalmasın.
- Müştəri biznesinin öyrənilməsi
Sifarişlərin qəbulu və emalı prosesini maksimum səmərəli etmək üçün fəaliyyətinizin spesifik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Şirkətə müraciət edən müştərilərlə dialoqun aparılması üçün sizinlə birlikdə ssenari hazırlayırıq.
- Operator seçimi və təlimi
“Wilstream” çağrı mərkəzinin mütəxəssisləri təkcə satış həyata keçirmək və ya zəngləri cavablandırmaq üçün təlimatlandırılmayıblar, onların ünsiyyət və müştəri ilə söhbət əsnasında meydana çıxan gözlənilməz vəziyətlərə uyğunlaşmaq qabiliyyəti də var.
Məhsul və ya xidmətlərinizlə bağlı təlimi başa vurduqdan sonra operatorlar mövzuya hakim olur, söhbət əsnasında müştərinin ehtiyaclarını müəyyənləşdirir, lazım gələrsə, sifarişi əlavə məhsullarla tamamlamağı təklif edirlər.