Smart Xətt xidməti müəyyən bir yerə - sizin virtual ofisinizə fiziki bağlılığı olmayan vahid telefon xəttinin quraşdırılmasını nəzərdə tutur. O, IVR - interaktiv səsli menyu və zənglərin yönləndirilmə sistemi ilə təchiz edilib.
Eyni zamanda, menyuda olan abonent özü kiminlə əlaqə saxlamalı olduğunu seçir, istiqamətləndirici isə zəngi lazımi mütəxəssisə yönləndirir. Bu şəkildə operatorlar boşaldılır və çağrı mərkəzinin fəaliyyəti optimallaşdırılır, çünki müştəri dərhal müəyyən bir sahədə ən yaxşı biliklərə malik mütəxəssis ilə əlaqə saxlayır.
Smart Xətt necə işləyir?
Müştəri sizin nömrənizi yığdığı zaman o, səsli menya daxil olur və burada sizin şirkətiniz tərəfindən əvvəlcədən yazılmış salamlaşmanı dinləyir. Bu zaman Smart Xətt boş operator tapmaq üçün nömrələrə zəng edir. Əgər zəng edən şəxs menyuda konkret problem seçibsə, o, şəhər nömrəsi, mobil telefon və ya Skype vasitəsi ilə müvafiq mütəxəssisə qoşulacaq. Əgər bütün nömrələr məşğuldursa, müştəridən reklam xarakterli məlumat ehtiva edən avtomatik cavabı dinləməsi təklif olunacaq. Bu, operator azad olana qədər onu xəttdə saxlamağa imkan verəcək.