Katib - müştərinin sizin şirkətinizə müraciət etdikdə telefonda eşitdiyi ilk şəxsdir və ona olan ehtiyacı azaltmaq olmaz. Biznes sahəsindən, onun ölçüsündən və daxil olan zənglərin həcmindən asılı olmayaraq, müştərilərin sualları emal edilməlidir.


Konsultasiya

"Virtual katib" xidməti sizin üçündür, əgər:

  1. Sizin biznesiniz yenidir və ya daxil olan zənglərin sayı azdırsa.

    Bu halda hər bir zəng vacibdir və ona cavab peşəkar və operativ olmalıdır. Lakin kiçik biznes üçün ayrı bir işçinin işə götürülməsi baha başa gələ bilər: iş yerinin təchizatı və əmək haqqı o qədər də kiçik xərclər deyil. Bundan əlavə, əgər müraciətlər az olarsa, telefon katibi boş oturacaq.

    Wilstream - dən olan virtual katibin autsorsinq  sizin üçün ideal bir həll olacaq. Bütün daxil olan zənglər biznesin xüsusiyyətlərinə və müştərilərin tələblərinə uyğun olaraq düzgün şəkildə qəbul ediləcək və emal ediləcək: virtual köməkçi zənglərə cavab verəcək, siz məşğul olduğunuz halda mesajları qeyd edəcək və müştəri zəngləri ilə bağlı statistikanı toplayacaq. Razılaşın, bu, bir işçini işə götürməkdən qat - qat ucuzdur!


  2. Şirkətiniz böyükdür və işçilər zənglərin həcmini idarə edə bilmirlər.
    Böyük bizneslər üçün autsorsinq xidmətləri çox aktualdır: effektivliyin eyni vaxtda artması ilə xərclərin optimallaşdırılması – “Virtual katib” xidmətinin sizə gətirəcəyi budur. Katiblərin nəhəng heyətini bir qrup operator, interaktiv səsli menyu və zənglərin yönləndirilmə sistemi əvəz edilə bilər ki, bu da müştərinin xəttdə gözləmə müddətini azaldacaq və sizin şirkətinizə olan münasibəti yaxşılaşdırmağa gətirib çıxaracaq. Biz çevik maliyyə şərtləri təklif edirik və siz öz ehtiyaclarınızdan asılı olaraq əməkdaşlıq üçün ən uyğun variantı seçə bilərsiniz.
Biz ünsiyyətə və müştərinin rahatlığına xüsusi diqqət yetirərək səmimi emosiyalar bəxş edirik
Peşəkarlıq

işçilərin təliminə
diqqətli yanaşma

Daha ətraflı
Şəffaflıq

Hesabatların hazırlanması, müştəriyə telefon qeydlərinin təqdim olunması

Daha ətraflı
Mərhələlik

hər bir mərhələ
başa çatdıqdan sonra ödəniş edin

Daha ətraflı
Zəmanət

Zənglərin qəbuluna, məktubların işlənməsinə, çatlarda hesabatların verilməsinə zəmanət veririk

Daha ətraflı

Wilstream çağrı – mərkəzinin Virtual katibinin üstünlükləri:

  • Zənglərin emalının beynəlxalq çağrı mərkəzi keyfiyyət standartlarına (SLA) uyğunluğu.
  • Daxil olan zənglərə cavab verən zaman sizin şirkətinizin korporativ mədəniyyəti və telefon etiketi prinsiplərinə riayət edilməsi.
  • Autsorsinq telefon katibi xidmətlərindən istifadə etməklə, ofis sahəsi kimi vəsait və resurslara qənaət edilməsi.
  • Sizə öz müştərilərinizi daha yaxından tanımağa imkan verəcək zənglər üzrə tam statistik məlumatların təqdim edilməsi.

Virtual katibin işinin təşkili üçün büdcəni hesablamağa görə, siz sadəcə olaraq, bizim saytımıza müraciət edə və ya əməkdaşlıq şərtlərini ətraflı müzakirə etmək məqsədilə *1115 telefon nömrəmizə zəng edə bilərsiniz.

Konsultasiya üçün
müraciət edin

Sizin razı qalmağınız üçün əlimizdən gələni edəcəyik.

Aşağıdaki servislərimiz sizə
maraqlı ola bilər
Çağrı mərkəzinin icarəsi

800 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Sifarişlərin qəbulu

650 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin