Wilstream-in əczaçılıq və dərman sektorunda fəaliyyət göstərən marketinq agenlikləri ilə əməkdaşlıq təcrübəsi var.
Bura dərman vasitələrinin təşviqi üzrə 50-dən çox uğurlu strateji həll yolu daxildir.
Mütəxəssislərimizin təklif etdiyi xidmət paketi:
- Telefonla görüşlərin keçirilməsi və aptek şəbəkələrinin əczaçılarına yeni dərmanlar haqqında məlumatın verilməsi;
- Həkim reseptlərinin analizi (yazılan dərmanlar, yazılma tezliyi və təyinat məqsədi);
- İxtisaslaşmış mütəxəssislərə təlim formatında dərmanlar haqqında vizual təqdimatın hazırlanması
- Rep Check in aparılması və tibbi nümayəndələrin fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
- Dərman vasitələri və xəstəliklər üzrə peşəkar dəstək xəttinin təşkili.
Konsultasiya
Mükəmməl texnologiyalar və əməkdaşlarımız sayəsində uğurlu nəticələr əldə edirik. Təlim proseslərimiz, mürəkkəb layihələrin idarəsi dəqiq şəkildə təşkil edilib. Komandamızın hər bir üzvü öz öhdəliklərini və əsas effektivlik göstəricilərini (KPI) bilir.
Problemi həll etmək üçün ilk növbədə məqsədlərinizi aydınlaşdırır və texniki tapşırığı təhlil edirik. Bunun əsasında operatorların proqramlaşdırılması, seçimi, təlimi və tapşırığa buraxılması həyata keçirilir. Sizə layihəni idarə edən, bütün prosesləri koordinasiya edən fərdi menecer ayrılır.