İstənilən biznesin məqsədi şirkət üçün durmadan məhsul satışını, bütövlükdə gəliri artırmaqdır. Lakin bir çox sektorda rəqabət elə vəziyyətdədir ki, müştəri tapmaqda ciddi problemlər yaşanır. Tez-tez olur ki, satış şöbəsinin xərcləri özünü doğrultmur. Bu halda müştəri tapmaq üçün agentlik xidmətlərinə müraciət etməkdə fayda var. Bazarda getdikcə daha çox şirkət müştərilərlə kommunikasiyanı həyata keçirmək üçün çağrı mərkəzinin autsorsinqinə müraciət edir.


Konsultasiya

Çağrı mərkəzinin köməyi ilə yeni müştəri tapmağın yolları

Telefonla müştəri axtarışı məhsul və ya xidmətinizə diqqəti cəlb etməyin effektiv üsuludur. Potensial istehlakçı ilə birbaşa əlaqə ona şirkətinizlə əməkdaşlığın gətirdiyi bütün üstünlükləri vurğulamağa, eyni zamanda iradlara cavab verməyə imkan yaradır. Peşəkar operatorlar məhsulunuza maraq göstərməyən müştəriləri belə həmin məhsulları əldə etməyə sövq edə bilər. Elə ilk zəngdəcə satış baş tutubsa, potensial müştəri axtarışı baxımından istənilən zəng əhəmiyyət kəsb edir, çünki gələcəkdə müştərinin sizin şirkətinizin köməyinə ehtiyacı ola bilər.

Biz ünsiyyətə və müştərinin rahatlığına xüsusi diqqət yetirərək səmimi emosiyalar bəxş edirik
Peşəkarlıq

işçilərin təliminə
diqqətli yanaşma

Daha ətraflı
Şəffaflıq

Hesabatların hazırlanması, müştəriyə telefon qeydlərinin təqdim olunması

Daha ətraflı
Mərhələlik

hər bir mərhələ
başa çatdıqdan sonra ödəniş edin

Daha ətraflı
Zəmanət

Zənglərin qəbuluna, məktubların işlənməsinə, çatlarda hesabatların verilməsinə zəmanət veririk

Daha ətraflı

Telefonla müştəri axtarış xidmətinin üstünlükləri

  • Qərar qəbul edən şəxslə birbaşa ünsiyyət. Operator söhbətin gedişatına nəzarət edə və kommunikasiya bacarıqlarından, həmçinin məhsul və xidmət haqqında biliklərindən istifadə edərək müştərini məhsul almağa həvəsləndirə bilər.
  • Məlumat bazasının yenilənməsi və doldurulması.  Adətən, müştəri axtarışında nəinki yeni əlaqələr, eyni zamanda müəyyən səbəblərdən dolayı əməkdaşlığı dayandırdığınız əlaqələrdən də yararlanmaq lazımdır. Belə olduğu təqdirdə, müştəri bazanız daha geniş, ən əsası isə daha keyfiyyətli olur.
  • Hədəf auditoriyasının müəyyənləşdirilməsi.   Məhsul və ya xidmətlərinizin kimə lazım olduğunu bilməklə siz müxtəlif marketinq fəaliyyətlərini effektiv şəkildə qura biləcəksiniz. Onların uğuru şirkətinizin satışlarına müsbət təsir edəcək.
  • Şirkət imicinin formalaşdırılması. Çağrı mərkəzinin əməkdaşı müştəri ilə ünsiyyət qurarkən nəinki məhsul və ya xidməti satmağa çalışır, həm də söhbət əsnasında müsbət təəssürat yaradır ki, müştəri zəngi yadda saxlasın.
  • Əlverişli ödəniş sxemi. Test layihəsindən sonra yalnız nəticəyə, yəni baş tutmuş əlaqəyə görə ödəniş edirsiniz. Bu, cəlb olunan müştərinin xərclərini minimuma endirməyə və şirkətin gəlirini artırmağa imkan verir.
  • Əməkdaşların iş yükünün azaldılması.  Menecerləriniz vəzifələrini daha məhsuldar yerinə yetirə biləcəklər, müştəri tapmaq işi isə operatorların çiyninə düşəcək.

Müştəri axtarışı xidməti çağrı mərkəzimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Potensial müştərilərin cəlb edilməsi sahəsində uğura imza atan operatorlarımız müxtəlif biznes sahələrində təcrübəyə malikdirlər. Bizimlə əməkdaşlıq etmək üçün ərizə formasını doldurun və ya bizə zəng edin.

Konsultasiya üçün
müraciət edin

Sizin razı qalmağınız üçün əlimizdən gələni edəcəyik.

Aşağıdaki servislərimiz sizə
maraqlı ola bilər
Telemarketinq

800 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Müştərilərə zəng etmək

800 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Çağrı mərkəzinin icarəsi

800 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin