Çağrı mərkəzi niyə işləyir?

Bəzən istehsalçılar, xüsusilə məhsullarını vasitəçilərin köməyi ilə satışa çıxaranlar birbaşa istehlakçıları ilə kommunikasiyaya bir o qədər diqqət ayırmırlar. Əbəs yerə: şirkətin bazarda irəliləməsi baxımından telefon marketinq alətlərindən istifadə nəinki yerində, eyni zamanda faydalı ola bilər.

İstənilən biznesdə olduğu kimi, istehsalda da müştərilərlə əks əlaqə həlledici rol oynayır: məhsulun çatışmazlıqları, istifadədə çətinlikləri və ya texniki xidmət məsələlərindən xəbəriniz olmalıdır ki, məhsulun keyfiyyətini, habelə şirkətin nüfuzunu daimi yaxşılaşdıra biləsiniz.


Konsultasiya
Biz ünsiyyətə və müştərinin rahatlığına xüsusi diqqət yetirərək səmimi emosiyalar bəxş edirik
Peşəkarlıq

işçilərin təliminə
diqqətli yanaşma

Daha ətraflı
Şəffaflıq

Hesabatların hazırlanması, müştəriyə telefon qeydlərinin təqdim olunması

Daha ətraflı
Mərhələlik

hər bir mərhələ
başa çatdıqdan sonra ödəniş edin

Daha ətraflı
Zəmanət

Zənglərin qəbuluna, məktubların işlənməsinə, çatlarda hesabatların verilməsinə zəmanət veririk

Daha ətraflı

Çağrı mərkəzinin hansı xidmətləri istehsalçılara uyğun gəlir?

  • Qaynar xəttin təşkili.  “Qaynar xətt” xidmətindən istifadə edərək istənilən vaxt müştərilərlə əlaqə saxlayın! Wilstream çağrı mərkəzi ilə heç bir zəng cavabsız qalmayacaq, müraciət edənlər həmişə operatorlardan və ya şirkətinizin əməkdaşlarından faydalı məsləhətlər alacaqlar.
  • Sorğuların keçirilməsi. Müştərilərinizin istəkləri haqqında etibarlı məlumatınız varsa, istənilən marketinq fəaliyyətiniz uğurlu olacaq. Telefon sorğuları  tez bir zamanda hədəf auditoriyanız haqqında məlumat əldə etməyə kömək edəcək.
  • Müştərilərin məlumatlandırılması. Kampaniyaya start verməyi, satış və ya endirim mövsümünə başlamağı planlaşdırırsınız? Alıcılarınızın bundan xəbəri olmalıdır! Telefon zəngləri və ya digər birbaşa marketinq vasitələrinin (SMS-bildirişlər, e-poçt göndərişlər) köməyi ilə siz şirkətinizlə bağlı istənilən məlumatı istehlakçılara çatdıra bilərsiniz.
  • Soyuq zənglər. Biznesin inkişafı üçün mövcud müştərilərlə kommunikasiya ilə yanaşı, yeni müştərilərin cəlb edilməsi də böyük əhəmiyyət kəsb edir. Məhz buna görə telemarketinqdən istifadə sizin üçün faydalı olacaq: müştəri bazasını genişləndirməklə yanaşı, məhsulla maraqlanan müştəriləri cəlb etməyə imkan verəcək.
  • Müştəri bazalarının yenilənməsi. Müştəri bazasının yenilənməsi istehlakçılarla effektiv kommunikasiyada zəruri şərtdir. “Wilstream” çağrı mərkəzinin operatorları müştərilərinizə zəng edib, CRM sistemində dəyişikliklər edərək lazımi əlaqə məlumatlarını dəqiqləşdirəcəklər.
  • Müraciətlərin qəbulu və işlənməsi.  Müştərlərlə iş üzrə menecerlərin zənglərə cavab verməklə yanaşı, bir çox başqa öhdəlikləri də var, bu səbəbdən onlar çox vaxt daxil olan zənglərin öhdəsindən gələ bilmirlər. “Wilstream” çağrı mərkəzi daxil olan zəngləri emal edib, onlar haqqında məlumatı şirkətinizə ötürməklə müştəri xidməti şöbəsinə uzaqdan dəstək verməyə hazırdır.

Rəqiblərinizin telemarketinqin bütün üstünlüklərindən yararlanacağı vaxtı gözləməyin! Müştərilərlə ünsiyyəti yeni bir səviyyəyə qaldırmaq üçün sadəcə ərizə formasını doldurun və ya bizə zəng edin!

Konsultasiya üçün
müraciət edin

Sizin razı qalmağınız üçün əlimizdən gələni edəcəyik.

Aşağıdaki servislərimiz sizə
maraqlı ola bilər
Çağrı mərkəzinin təşkil edilməsi

600 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Qaynar xətt

670 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Müştərilərin cəlb edilməsi

800 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin