- Wilstream Çağrı Mərkəzi
Biznes Həlləri
Müasir bazar vəziyyətində müştərilərin qayğısına qalmaq böyük əhəmiyyət kəsb edir. Onların sizin şirkətiniz ilə əlaqələrini yaxşılaşdırmaq üçün müxtəlif imkanları nəzərdən qaçırmaq lazım deyil. Müştəri rahatlığı – bu, sizin biznesinizin uğurudur: bronlaşdırma üçün çağrı mərkəzini təşkil etməklə siz özünüzü rəqiblərdən fərqləndirə və öz hədəf auditoriyanız ilə daha möhkəm əlaqələr qura bilərsiniz.
Başqa biznes sahələrində olduğu kimi logistikada da auditoriya cəlbetmə mənbələri olmadan fəaliyyət göstərmək olduqca çətindir. Telemarketinq vasitələrindən yararlanmaq müştəri tapmağa və onları geri qaytarmağa kömək edir. Bunu autsorsinq çağrı mərkəzinin köməyi ilə reallaşdırmaq ən sərfəli yoldur. Bu, nəinki istehlakçılara səriştəli məsləhətlər verməyə imkan yaradacaq, həmçinin işçiləri müştərilərin şikayət və suallarından azad etməklə onların iş yükünü azaldacaq və vəzifə öhdəliklərini yerinə yetirməyə şərait yaradacaq.
Peşəkar çağrı mərkəzinin xidmətlərindən istifadə sizin öz müştəriləriniz ilə daim əlaqədə qalmağınıza imkan verəcək, ünsisiyyət isə işgüzar münasibətlərin ən vacib bir hissəsidir. Buna görə də, əgər siz istehlakçılarla ünsiyyəti daha yüksək səviyyəyə qaldırmaq istəyirsinizsə, Wilstream ilə əlaqə saxlayın və biz sizi yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin edəcəyik.
Turistlərin daim uçuşlar, sığorta, sənədlər və ya yaşayış şəraiti ilə bağlı sualları olur, çox vaxt onlara cavab verən isə olmur. Bu problemi həll etmək üçün Wilstream çağrı mərkəzi sizə telekommunikasiya xidmətlərinin autsorsinqini təklif etməyə hazırdır. Bizim operatorlarımız telefon zənglərini effektiv şəkildə idarə etmək üçün lazımi təcrübə və bacarıqlara malikdirlər.
İstənilən biznesdə olduğu kimi, istehsalda da müştərilərlə əks əlaqə həlledici rol oynayır: məhsulun çatışmazlıqları, istifadədə çətinlikləri və ya texniki xidmət məsələlərindən xəbəriniz olmalıdır ki, məhsulun keyfiyyətini, habelə şirkətin nüfuzunu daimi yaxşılaşdıra biləsiniz.
Daşınmaz əmlak sahəsində zəng və müraciətlərin emalı da daxil olmaqla, müştərilərlə sıx əlaqə nəzərdə tutulur. Şirkətin effektiv fəaliyyəti yaxşı təşkil edilmiş kommunikasiya tələb edir, bu səbəbdən Wilstream çağrı mərkəzi daşınmaz əmlak sahəsi üçün kompleks xidmətlər - çağrı mərkəzi xidmətləri təklif edir.
Gözəllik və sağlamlıq sektorunda fəaliyyət göstərən müəssisələr üçün müştərilərlə əlaqədə qalmaq çox vacibdir: müştərilərin daim xidmətlərlə bağlı sualları olur və bu barədə savadlı, faydalı məsləhətlər vermək işçilərin vəzifə öhdəliklərinə daxildir. Təəssüf ki, digər öhdəliklərə xələl gətirmədən zəng axınının öhdəsindən gəlmək həmişə mümkün olmur, buna görə də autsorsinq çağrı mərkəzi ilə əməkdaşlıq etmək səmərəli çıxış yolu hesab edilir.
Zənglərin və müraciətlərin vaxtında və keyfiyyətli işlənməsi üçün sizin müştərilərinizin istənilən sualına cavab verə biləcək böyük bir mütəxəssis heyəti lazımdır. Bu vəziyyətdə ən optimal seçim autsorsinq əlaqə mərkəzinin xidmətlərindən istifadə etməkdir. Wilstream – də tətbiq edilən nəticəyə görə ödəmə sxemi və bizim təcrübəmiz sizə sərfəli qiymətə gecə - gündüz müştəri dəstəyini təmin etməyə imkan verəcək.
Reklam agentliyinin çağrı mərkəzi dedikdə, müştərilərin operativ məlumatlandırılması, reklam edilən məhsul və xidmətlər haqqında rəylərin qəbulu, marketinq tədbirlərinə telefon dəvəti, **** nömrəsi, interaktiv səsli menyu, o cümlədən telefon danışıqlarının qeydə alınması və marketinq araşdırmaları üçün statistik məlumatların əldə edilməsi nəzərdə tutulur. Çağrı mərkəzi ilə əməkdaşlıq şirkətə müştəriləri cəlb etməyə, bazara yeni məhsul və xidmətlər çıxarmağa, brendi tanıtmağa kömək edəcək.
Bizim xidmətlərimizə tibb təşkilatları, məsələn, xəstəxanalar, klinikalar, apteklər, sanatoriyalar, pansionatlar tərəfindən yüksək tələbat var. Bu qurumlara çoxsaylı zənglər daxil olur, buna görə də müştərilər ilə daimi işləmək lazımdır və bu,bizim əsas profilimizdir.
<p> </p> <p> </p> <p> İnternet mağaza üçün 24/7 müştərilər üçün əlçatan olmaq son dərəcə vacibdir. Bundan əlavə, çat, sosial şəbəkələr, zənglər və ya elektron poçt kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə müştərilərin sizə əlçatanlığını təmin etmək də eyni dərəcədə önəm kəsb edir.
Bu gün, demək olar, hər bir sığorta şirkətinin böyük müştəri bazası və əlaqə mərkəzinin mütəxəssisləri tərəfindən yüksək keyfiyyətli məlumat dəstəyi tələb edən geniş xidmət paketi (sığorta məhsulları) var. Siz müştəri dəstəyi xidmətinizi peşəkar operatorlar və böyük təcrübəyə malik mütəxəssislərin çalışdığı çağrı mərkəzimizə həvalə edə bilərsiniz. Bu, xərclərinizi azaltmaqla yanaşı, xidmət keyfiyyətindən dolayı arxayın olmağınıza imkan verəcək.
İstənilən maliyyə təşkilatı, o cümlədən bank prosesləri optimallaşdırmalı və resurslarına qənaət etməlidir. Müştəri dəstəyi və kommunikasiyaya çox vaxt və resurs tələb olunur, lakin biz şirkətinizə peşəkar həll yolu təklif etməyə hazırıq – autsorsinq.
Wilstream-in əczaçılıq və dərman sektorunda fəaliyyət göstərən marketinq agenlikləri ilə əməkdaşlıq təcrübəsi var.<br> Bura dərman vasitələrinin təşviqi üzrə 50-dən çox uğurlu strateji həll yolu daxildir.
Wilstream avtomobil dilerləri üzrə 60-dan çox uğurlu təcrübəyə malikdir. Təqdim etdiyimiz hər bir həll yolu satışlarınızı artırır və nəticəni avtomatlaşdırır.
Biz sizin tapşırıqlarınızı təhlil edir və onlara tamamlayıcı həll yolu yaradırıq. Müştərilər üçün rahat olan rabitə kanallarından istifadə edirik. Buna görə də siz maksimum LID əldə edirsiniz və sonra onları asanlıqla satışlara çevirə bilərsiniz.
Bizim ilə əlaqə saxlayın