Şirkət haqqında

Haqqımızda

20 ildən artıqdır ki, Rusiyada uğurla fəaliyyət göstərən və geniş müştəri portfelinə malik Wilstream çağrı mərkəzi xidməti Bakıda öz nümayəndəliyini açıb. Wilstream hər növ biznes sahəsi üzrə autsorsinq çağrı mərkəzi xidmətləri təklif edən beynəlxalq şirkətdir. Daşınmaz əmlak agentliklərindən tutmuş sığorta şirkətləri, fitnes, tibb və kosmetologiya mərkəzləri, tur-operatorlar, İT şirkətlərinə qədər bir çox fəaliyyət sahəsi üçün çağrı mərkəzi xidmətləri təklif edən Wilstream tam peşəkar heyətə və müasir infrastruktura malikdir.


Biz çağrı mərkəzinin necə işlədiyini dəqiq bilirik. Bizə güvənin. Bizimlə özünüzü rahat hiss edəcəksiniz!







Bizim xidmətlərimiz

Biz beynəlxalq keyfiyyət standartlarına uyğun xidmətlərimizi təqdim edirik.

Siz Çağrı Mərkəzinin aşağıdaki xidmətlərindən istifadə edə bilərsiniz:

  1. Qaynar xətt
  2. Telemarketinq
  3. Lidogenerasiya
  4. Telefon araşdırılmaları və sorğuların keçirilməsi
  5. Müştəri bazasının məlumat və kontaktlarının yenilənməsi

Qeyri-standard tapşırıqlar üçün biz müxtəlif həllər təklif edirik, məsələn:

  1. Moderasiya (sosial şəbəkələr, icmalar, forumlar, vebinarlar, konfranslar)
  2. Şəbəkədə müştəri xidməti (sosial şəbəkələr, rəylər və s.)
  3. Bloggerlər üçün xidmətlər
  4. Omnikanal müştəri dəstəyi (səs, poçt və s.)
  5. İxtisaslaşdırılmış mütəxəssislərin xidmətləri (tibb, sığorta, xarici dillər)



Məqsədimiz

Məqsədimiz biznes idarəçilərinə ideyalar yaratmaq və iddialı məqsədlərə nail olmaqdır.

Biz vacib rutin tapşırıqları məntiqi proseslərə çeviririk və ideyadan nəticəyə gedən yolu asan və sürətli edirik.

Bizim prinsipimiz müştərilərimiz üçün rahat və sərfəli qiymətə peşəkar xidmətdir.

Bizim şüarımız - Çətin məsələləri asanlaşdırırıq.







Tariximiz

Wilstream-in tarixi 2002-ci ildə kiçik komanda ilə başlayıb. 2002-ci ildə çağrı mərkəzləri populyar deyildi. Amma bu gün hər kəs özünün çağrı mərkəzinə sahib olmaq istəyir.

Biz 12 nəfər, 12 kompüter, kiçik bir ofis ilə, ancaq milyonlarla ideya əsasında işə başladıq.

İndi Wilstream bir neçə ölkə və şəhərdə filialları və 2300-dən çox işçi heyəti olan Rusiyanın ən böyük çağrı mərkəzlərindən biridir. Dünyanın aparıcı istehsalçılarının və istedadlı proqramçıların ərsəyə gətirdikləri müasir avadanlıqları gündəlik işimizdə tədbiq edirik. Biz sizin üçün həftə sonları və bayramlar olmadan 24/7 işləyirik.







Biz problemlərinizi necə həll edəcəyimizi dəqiq bilirik!
Formanı doldurun və pulsuz konsultasiyanı alın!