Ümumiyyətlə, istənilən şirkət satış artımını təmin etmək və nəticədə gəliri artırmaq üçün üç obyektiv üsula sahibdir:
- Məhsulların çeşidinin və ya göstərilən xidmətlərin siyahısının genişləndirilməsi.
- Müştəri bazasında artım.
- Mövcud müştərilərin loyallığının artırılması.
Konsultasiya
Lakin xarici amillərin şirkətin inkişafına kömək etmədiyi dövrlərdə yeni müştərilərin tapılması çətinləşir, bazara yeni məhsul və xidmətlərin çıxarılması ilə bağlı risklər isə artır. Ancaq mövcud istehlakçılar ilə işləmək imkanı hər zaman olur. Məhz onlar çətin anlarda yeni alıcıların tapılması kimi böyük maliyyə sərmayələri tələb etmədən sizə ayaqda qalmağa imkan verirlər. Müştəri loyallığını artırılması və onların geri qaytarılması üzərində necə işləmək olar?