Çağrı mərkəzində sorğu aparma nədir?
Sorğu layihələri telemarketinq xidmətlərindən biridir. “Wilstream” sorğuları avtomatlaşdırılmış müsahibə sistemi olan CATI texnologiyası vasitəsilə aparır. Bu texnologiyanın özəlliyi ondan ibarətdir ki, telefon və kompüter inteqrasiya oluna bilir. Bu da operator və müştərinin vaxtına qənaət etməyə imkan verir
Telefon sorğuları nə deməkdir?
- marketinq qərarlarının düzgünlüyünə inam;
- cari bazar vəziyyətinin sürətli qiymətləndirilməsi;
- həyata keçirilən marketinq fəaliyyətlərinin effektivliyinin monitorinqi.
Konsultasiya
Telefon sorğusu sizə hədəf auditoriyanızdan istər müştərilərin üstünlük verdiyi özəllikləri, istər məhsul və ya xidmətlərinizi əldə etmə məqsədləri, istərsə də potensial istehlakçının portreti olsun, vacib məlumatları əldə etməyə imkan verəcək. Alınan məlumatlar sorğu formatında saxlanılır, çeşidlənir və onların əsasında araşdırmanın məqsədinə uyğun nəticələr göstərilir.
Anketi doldurarkən mürəkkəb məntiq və müəyyən ardıcıllıq bu cür sorğuların xarakterik xüsusiyyətləridir. Respondentin verdiyi cavabdan asılı olaraq, müəyyən suallar və hətta anketin böyük bir hissəsi buraxıla və ya əlavə oluna bilər. İnsan amilinin araşdırmanın nəticələrinə təsirini azaltmaq üçün sorğu anketlərinin doldurulması prosesini avtomatlaşdırmaq məqsədilə CATI proqramlarından istifadə edirik.
Əlbəttə, öz resurslarınızdan və əməkdaşlarınızdan istifadə edərək bu cür araşdırmalar apara bilərsiniz, lakin bu, çağrı mərkəzinə müraciətlə müqayisədə daha çox vaxtınızı alacaq.
Autsorsinqin üstünlükləri:
- Böyük operator heyəti sayəsində bir neçə layihəni eyni vaxtda reallaşdırmaq imkanı.
- Ən müasir texniki avadanlıq və telekommunikasiya texnologiyaları (preview/prodictive dialing), kompüter-telefon inteqrasiyası (CTI) sistemlərindən istifadə;
- Layihənin icrasında operativlik və araşdırma nəticələrinin zəmanətli keyfiyyəti;
- Az xərc – əlaqə mərkəzinin operatorunun vaxtı hər hansı bir əməkdaşınızın iş saatından daha ucuzdur.