Müştərilərlə işin ən vacib tərəfi onlarla əks əlaqənin təşkilidir. Onlar məhsul və ya xidmətiniz haqqında öz fikirlərini bildirə, istismarla bağlı bəzi təfərrüatları aydınlaşdıra və ya məhsulla əlaqəli məsələlərdə məsləhət ala bilməlidirlər.
Bütün bunlar Wilstream əlaqə mərkəzi ilə birlikdə mümkündür! Şirkətinizə sorğu xidmətinin təşkilini təklif edirik. Günün 24 saatı, həftənin 7 günü müştərilərinizlə əlaqə saxlanılacaq, onların sualları cavablandırılacaq və heç bir zəng cavabsız qalmayacaq.
Konsultasiya
Sorğu-məlumat xidməti kimlərə maraqlı gələ bilər?
- Klinika və tibb mərkəzləri – bu müəssisələrin pasiyentləri tez-tez telefon konsultasiyasına ehtiyac duyurlar;
- Zəmanət xidməti göstərən şirkətlər;
- Səyahət təşkili ilə bağlı tez-tez zəng edən tur operatorları;
- İstənilən ölçülü ticarət və istehsal şirkətləri;
- Baş ofisi başqa ölkələrdə yerləşən nümayəndəliklər;
- Müştəri dəstəyinə ehtiyacı olan bank və sığorta şirkətləri.
Telefonla dəstək xidməti sizə istehlakçı konsultasiyasını reallaşdırmağa, onu cari aksiyalar, xüsusi təkliflər və ya endirimlər barədə məlumatlandırmağa, habelə müştəri zənglərinin tezliyini və onlar tərəfindən verilən sualları müəyyənləşdirməyə imkan verir. Bütün bunlar xidmətinizin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.