Müasir biznesi müştərilər və biznes tərəfdaşları ilə telefonla əlaqə saxlamadan təsəvvür etmək mümkün deyil. O, müştəri bazasını genişləndirmək və satışları artırmaq, geri dönüşü təmin etmək, əlaqə yaratmaq üçün lazımdır. Telefon zənglərinin maksimum effektivliyini təmin etmək üçün çağrı mərkəzi vacibdir.
Ancaq hər şirkət çağrı mərkəzininin necə təşkil ediləcəyini bilmir. Buna görə də peşəkarlara müraciət etmək məntiqlidir. Wilstream şirkəti sizin üçün rahat və effektiv işləyəcək əlaqə mərkəzi təşkil etməyə hazırdır.
Konsultasiya
Çağrı mərkəzinin sıfırdan yaradılması
Çağrı mərkəzini sıfırdan necə yaratmaq olar? Bu iş bir neçə mərhələdə aparılır:
- Məsələnin qoyulması - müştəri tərəfindən formalaşır
- Həll yollarının axtarışı – biz müştərinin istəklərini nəzərə alaraq lazımi xidmətləri seçirik, uyğun tarif planını təyin edirik, operatorların sayını müəyyən edirik.
- Operatorların təlimi – hər bir işçi suallara savadlı cavab vermək və çağrı mərkəzinə zəng edənlərə lazımi dəstəyi göstərmək üçün sizin fəaliyyətinizin xüsusiyyətləri haqqında təsəvvürə malik olmalıdır.
Layihəyə müqavilədə göstərilən müddətdə start verilir.