“Wilstream” çağrı mərkəzinin fəaliyyət istiqamətlərindən biri müştəri məlumat bazalarının yenilənməsi və yaradılmasıdır. Meyarlarınızı rəhbər tutaraq gələcəkdə qarşılıqlı əlaqə qura biləcəyiniz “B2C” və ya “B2B” əlaqə bazası yaradırıq. Bu, telemarketinq xidmətləri vasitəsilə həyata keçirilə bilər: operator elə ilk zəngdəcə məhsul təklif edə və ya istehlakçılara şirkətiniz haqqında məlumat xarakterli zəng edə bilər.
Aktuallaşdırma dedikdə, artıq mövcud müştəri bazalarında qeyd olunan əlaqə nömrələrindən məlumatların toplanması başa düşülür. Bu, məlumatları dəqiqləşdirmək və yeni məlumatları əlavə etmək üçün edilir, eyni zamanda istehlakçıya şirkətinizin mövcudluğu xatırladılır.
Konsultasiya
İşlədiyimiz məlumat bazaları:
- Əvvəllər sizinlə əməkdaşlıq təcrübəsi olmuş müştərilər və ya tərəfdaşlar;
- Müstəqil şəkildə tərəfinizdən toplanmış potensial müştəri bazası;
- Fiziki və ya hüquqi şəxslərdən ibarət ixtiyari məlumat bazaları;
- Şirkətiniz üçün “Wilstream” mütəxəssisləri tərəfindən seçilmiş müştərilər;
Məlumat bazasının ölçüsünün fərqi yoxdur: operatorlarımız yüz minlik siyahıları emal edir. Ən vacib şərt məlumatlarda “Wilstream” mütəxəssisinin müştəri ilə əlaqə saxlayıb lazımi məlumatlar əldə edə biləcəyi telefon nömrəsinin olmasıdır.
Məlumat bazalarının yenilənməsinin qiyməti aşağıdır, üstəlik, bu vəsait qısa müddət ərzində özünü doğruldur, çünki ilkin əlaqə nömrələri ilə müqayisədə ondan istifadə daha effektivdir.