Şirkətin marketinq strategiyasının hazırlanması maksimum ciddilik və istehlakçı davranışına təsir edə biləcək bütün amillərin hərtərəfli təhlilini tələb edən prosesdir. Şirkətlər, xüsusilə böyük şirkətlər hədəf auditoriyasının tərkibi və istəklərini öyrənmək üçün marketinq dövrünün hər bir mərhələsində bazar araşdırmalarına son dərəcə ciddi yanaşır.
Bundan başqa, bu cür təhlilin məqsədi şirkətin imici haqqında məlumat əldə etmək, yeni məhsulun bazara çıxarılmasının uğurunu yoxlamaq və ya rəqibləri araşdırmaq da ola bilər.
Konsultasiya
Marketinq araşdırmasının üstünlükləri
- Hədəf auditoriyanız haqqında dəqiq məlumat əldə edəcəksiniz ki, bu məlumatı sonradan marketinq fəaliyyətlərini planlaşdırmaq üçün istifadə edə biləcəksiniz.
- İstehlakçıların məhsul və ya xidmətlərinizə, eləcə də bütövlükdə şirkətə münasibətini öyrəcəksiniz ki, bu da inkişaf üçün yeni istiqamətləri müəyyənləşdirməyə imkan verəcək.
- Rəqibləriniz haqqında məlumat əldə edə və bu məlumatlar əsasında məhsulun reklam prosesini tənzimləyə biləcəksiniz.
- Şirkətinizi daha çox tanıdacaqsınız, çünki operatordan gələn zəng brendiniz haqqında növbəti xatırlatma deməkdir.
- Məhsullarınızı potensial olaraq sata və ya xidmət göstərə biləcəyiniz yeni bazar seqmentlərini müəyyənləşdirə biləcəksiniz.