Müştəri xidmətlərini və biznes proseslərini təkmilləşdirmək üçün Wilstream çağrı mərkəzində səsli salamlama xidmətindən istifadə edin.
Səsli menyu nədir?
IVR (İnteractive Voice Response) - müştərilərə telefon klaviaturasında müəyyən düymələri basaraq onları maraqlandıran məlumatı əldə etməyə kömək edən əvvəlcədən qeydə alınmış səsli mesajlardır. Müştəri təklif olunan klavişlərdən heç birini seçmədiyi təqdirdə, dərhal konsultanta keçid edilir. IVR sistemin köməyi ilə həyata keçirilən zənglərin yönləndirilməsi operatorların iş yükünü onların ixtisaslarına uyğun olaraq düzgün bölüşdürməyə imkan verir.
Düzgün seçilmiş musiqi müşayiəti, diktorun səriştəli nitqi, atomatik cavab verənin səsi təşkilat haqqında müsbət təəssürat yaradır. Bu səbədən telefonla salamlaşma müştərilərin loyallığını yaxşılaşdıra bilər.
Konsultasiya

Standart IVR - mesajlarının nümunələri:
Salam! Siz “Sənin Dostun” baytarlıq klinikasına zəng etmisiniz. Əgər klinikanın iş qrafiki, ən yaxın bölməsi və qiymətləri haqqında bilmək istəyirsinizsə -1 düyməsini, birbaşa klinikanın administratoru ilə əlaqə yaratmaq istəyirsinizsə - 2 düyməsini basın.
Salam! Abunəçinin daxili nömrəsini total rejimdə yığın və ya operatorun cavabını gözləyin.