Gedən və gələn zənglər: Ətraflı icmal
Qarşılıqlı əlaqə formalarının genişləndiyi müasir dünyada telefon rabitəsi həm böyük, həm də kiçik şirkətlər üçün vacib ünsiyyət kanalı olaraq qalır. Bu əlaqə növünün iki əsas kommunikasiya forması mövcuddur: gedən və gələn zənglər. Onların arasındakı fərqi başa düşmək biznes proseslərinin optimallaşdırılması və müştərilərlə münasibətlərin möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Gəlin, gedən və gələn zənglərin nə olduğunu, onların əsas məqsədlərini və iş dünyasındakı əhəmiyyətini daha yaxından nəzərdən keçirək.
Gedən zənglər:
Təyinatı: Gedən zənglər şirkətin və ya qurumun nümayəndəsinin hansısa kənar tərəflə telefon əlaqəsi yaratması ilə başlanır. Bu zənglər potensial və ya mövcud müştərilərə, eləcə də digər maraqlı tərəflərə edilə bilər.
Gedən zənglərin əsas məqsədləri:
Satış və marketinq: Satış üzrə komanda məhsulları, xidmətləri və ya aksiyaları potensial müştərilərə təqdim etmək üçün tez-tez gedən zənglər edir. Əks əlaqə və sorğular: Şirkətlər öz məhsulları və ya xidmətləri haqqında rəyləri bilmək və ya bazar araşdırması aparmaq üçün müştərilərinə zənglər edərək lazımı məlumatları toplayırlar. Qəbul barəsində xatırlatmalar: Tibbi xidmət təminatçıları, spa-salonlar və qeydiyyat aparmaqla digər xidmətlər göstərənlər müştərilərə qəbul vaxtını xatırlatmaq və ya digər vacib məlumatları çatdırmaq üçün gedən zənglərdən istifadə edirlər. Borcların yığılması: Maliyyə təsisatları və kollektor agentlikləri adətən, borcu olan şəxslərlə əlaqə saxlamaq üçün gedən zənglərdən istifadə edirlər.
Üstünlüklər:
Gedən zənglər müştərilərin tələblərini aktiv şəkildə təmin edə, biznesin əhatə dairəsini genişləndirə və vacib məlumatları toplaya bilər. Onlar həmçinin brendin imicini və müştəri loyallığını gücləndirməyə kömək edən fərdiləşdirilmiş ünsiyyət vasitəsinə çevrilə bilər.
Çatışmazlıqlar:
Gedən zənglər bəzən müştəriləri təngə gətirə bilər. Bu, xüsusən də əvvəlcədən razılaşdırlmadan müştərilərə edilən zənglər zamanı mümkündür. Belə problemlə üzləşməmək üçün müştəri bazanızı aktuallaşdırılması vacibdir.
Gələn zənglər:
Təyinatı: Bu, şirkətə və ya quruma kənar tərəfdən olunan zənglərdir. Belə zənglərin təşəbbüskarı kənar tərəf, çox vaxt isə müştərilər, təchizatçılar və ya digər maraqlı şəxslər, qurumlar olur.
Gələn zənglərin əsas məqsədləri:
Müştərilərə dəstək: Gələn zənglərin əhəmiyyətli bir hissəsi məhsul və ya xidmətlərlə bağlı yardım göstərilməsi, məlumat alınması və ya problemlərin aradan qaldırılması üçün müştəri sorğularını əhatə edir. Sifarişlər və satınalmalar: Müştərilər sifariş vermək və ya almaq istədikləri məhsullar haqqında məlumatları dəqiqləşdirmək üçün zəng edə bilərlər. Ümumi sorğular: Bunlar iş saatları ilə bağlı suallardan tutmuş, məhsulların konkret detalları ilə bağlı məqamları və ya qurumla əlaqəli digər məsələləri əhatə edə bilər. Əks əlaqə və rəylər: Bəzi müştərilər əks əlaqə yaratmağa və ya telefonla rəy bildirməyə üstünlük verirlər.
Üstünlüklər:
Gələn zənglər müştərinin düşüncələri, narahatlıqları və tələbləri barəsində aydın təsəvvür yaratmağa imkan verir. Bu zənglər problemləri həll etmək və müştəri məmnuniyyətini artırmaq üçün zəruri həll yollarının tapılmasında mühüm rol oynayır.
Çatışmazlıqlar:
Gələn zənglərin sayı həddən artıq çox olduqda onların idarə edilməsi çətin ola bilər. Bu məsələnin həlli zənglərin səmərəli yönləndirmə sistemlərinin yaradılmasını, təcrübəli mütəxəssislərin mövcudluğunu və çox vaxt da 24/7 dəstəyin yaradılmasını tələb edir.
Nəticə:
Gedən və gələn zənglər biznes proseslərində həlledici rol oynayır. Gedən zənglər şirkətlərə müştərilərlə aktiv şəkildə ünsiyyət qurmağa imkan verir, gələn zənglər isə müştərinin rəy və fikirlərini sizə çatdırır. Bu zəngləri balanslaşdırmaq, xüsusiyyətlərini başa düşmək və potensiallarından istifadə etmək biznesinizdə daha böyük nailiyyətlərə yol aça bilər.
Digər xəbərlər
Bizim ilə əlaqə saxlayın