Çağrı mərkəzinin autsorsinqi

Keyfiyyətli müştəri xidməti sadəcə, zənglərin cavablandırılması deyil, biznesin inkişafı üçün strateji bir alətdir. Bizim çağrı mərkəzimiz şirkətinizə münasibətdə müştəri loyallığını artırmağa, satışları yüksəltməyə və brend reputasiyasını möhkəmləndirməyə kömək edir.

Bakıda autsorsinq çağrı mərkəzi — biznesiniz üçün peşəkar müştəri xidməti

Əsas üstünlüklərimiz:

Peşəkar operatorlar

Mütəxəssislərimiz çoxmərhələli seçim və təlim prosesindən keçir, Azərbaycan, Rus, və Ingilis dillərini mükəmməl bilirlər, həmçinin effektiv ünsiyyət və ziddiyyətlərin həlli bacarıqlarına malikdirlər.

Fərdi yanaşma

Biz şablon həllər təklif etmirik. Xidmətlərimiz istər pərakəndə ticarət, istər bank sektoru, istər telekommunikasiya, istərsə də HoReCa sahəsində biznesinizin xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırılır.

Müasir texnologiyalar

Müştərilərin tez və rahat şəkildə dəstək alması üçün qabaqcıl kommunikasiya platformalarından, zənglərin analitikasından və çoxkanallı dəstək sistemlərindən (telefon, e-poçt, çat, messencerlər) istifadə edirik.

Çeviklik və miqyaslana bilmə

Günün hər vaxtı dəstəyə və ya mövsümi olaraq operator sayının artırılmasna ehtiyacınız var? Tələblərinizə asanlıqla uyğunlaşırıq.

Şəffaflıq və hesabatlılıq 

Xidmətin effektivliyini qiymətləndirə və lazımı düzəlişlər edə bilməniz üçün bütün müraciətlər üzrə ətraflı analitik hesabatlar təqdim edirik.

Müştəri xidməti üzrə xidmətlərimiz:

Aksiyalar və marketinq kampaniyalarının dəstəklənməsi
  • Müştərilərə cari aksiyaların şərtləri barədə məsləhət verilməsi
  • Endirimlər və bonuslarla bağlı sualların cavablandırılması
Loyallıq proqramı üzrə xidmət
  • Loyallıq proqramında iştirakçıların qeydiyyatı
  • Bonusların hesablanması və istifadəsi üzrə məsləhətlər
  • Müştərilərin bonus hesablarına girişinin bərpası
Şikayət və müraciətlərin qəbulu və emalı
  • Narazı müştərilərə nəzakətli və peşəkar cavab verilməsi
  • Şikayətlərin qeydə alınması və müvafiq şöbələrə ötürülməsi
  • İradların qeydə alınması, onlara operativ reaksiya
Qaynar xətt dəstəyi
  • İş saatlarında və ya 24/7 müştəri dəstəyi
  • Telefon, çat, email və mesencerlər vasitəsilə xidmət
  • Hər bir müraciətə fərdi və diqqətli yanaşma
 

Qoşulma mərhələləri

1

Ehtiyacların analizi

Biznesinizi və hədəf auditoriyanızı öyrənirik.

2

Strategiyanın hazırlanması

Optimal dəstək formatını seçirik.

3

Tətbiq və təlim

Prosesləri qururuq və operatorlara təlim keçirik.

4

Başlanğıc

Fasiləsiz işi təmin edirik.

5

Nəzarət və optimizasiya

Nəticələri analiz edir və rəy əsasında servisi mütəmadi olaraq təkmilləşdiririk.

Nəticə

Müştəri xidmətini peşəkarlara etibar edin — siz isə biznesin inkişafına fokuslanın. Biz yüksək xidmət keyfiyyətini, loyallığın artımını və brendin möhkəmlənməsini təmin edəcəyik.