Klinikalar və gözəllik sektoru üçün çağrı mərkəzi

Əlavə xərclər olmadan müştəri sayını artırırıq, müştəriləri təkrar geri qaytarırıq və xidməti yaxşılaşdırırıq! Klinikanız və ya gözəllik salonunuz buraxılmış zənglər, unudulan qəbullar və geribildirişin olmaması səbəbindən müştərilərini itirir? Operatorlarımız bütün kommunikasiya prosesini üzərinə götürür ki, biznesiniz saat mexanizmi kimi işləsin, müştəriləriniz isə məmnun qalsın.

Biznesiniz üçün nə edirik?

Daxil olan zənglərin qəbulu və emalı
  • Nəzakətli operatorlar suallara cavab verir, xidmətlər üzrə məsləhət göstərir və müştəriləri uyğun vaxta yazır.
  • Hər zəng edən şəxsin ehtiyacını öyrənir və brendinizi elə təqdim edirik ki, müştəri dərhal qeydiyyatdan keçmək istəsin.
  • Uyğunsuz zəngləri filtrasiya edərək vaxtınıza qənaət edirik.
Qəbula xatırlatma zəngləri
  • Bir çox müştəri qəbul vaxtını unudur ki, bu da gəlir itkisinə səbəb olur. Biz qəbuldan 1–2 gün əvvəl şəxsə zəng edərək görüşü təsdiqləyir və onu gəlməyə motivasiya edirik.
  • Müştəri cavab vermədikdə, uyğun vaxtda yenidən onlarla əlaqə saxlayırıq.
"Gəlməyən" müştərilərlə iş
  • Müştəri qəbulda iştirak etmədikdə, səbəbi yumşaq şəkildə öyrənir və ona alternativ vaxt təklif edirik.
  • İtirilmiş qəbulları bərpa edərək mütəxəssislərin boş qalma vaxtını minimum həddə endiririk.
  • Bütün bunlar nəticəsində biznesinizin dövriyyəsi və paralel şəkildə mənfəət göstəriciləriniz artır.
Qəbulların təcili köçürülməsi
  • Həkimin işə çıxmaması, xəstəlik və ya fors-major hallarında müştəriləri operativ şəkildə məlumatlandırırıq.
  • Uyğun alternativ vaxt taparaq müştəri loyallığını qoruyuruq.
  • Kritik vəziyyətlərdə narazılıq və neqativi minimuma endiririk, müştəri məmnuniyyətinin qorunub saxlanmasına nail olaraq, onların brendinizə sadiqliyini təmin edərik.
Köhnə müştərilərin geri qaytarılması ("passiv baza")
  • Uzun müddətdir müraciət etməyən müştərilərlə əlaqə saxlayırıq və xidmətlərinizi nəzakətlə xatırladırıq.
  • Sizinlə razılaşdırılmış ssenariniyə əsasən, təkrar ziyarət üçün endirim və ya bonuslar təklif edirik.
  • Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət quraraq onların suallarını cavablandırır və yenidən xidmətlərinizdən yararlanmağa təşviq edirik.
Qəbuldan sonra sorğuların keçirilməsi
  • Müştərinin xidmət, həkim və ya prosedurdan razı qalıb-qalmadığını öyrənirik.
  • Xidmət keyfiyyətini artırmaq üçün səmimi rəylər toplayırıq, bunların əsasında biznesinizin daha dinamik inkişafına nail oluruq.
  • Narazı müştəriləri vaxtında aşkar edir və mənfi rəylər yaranmamış problemi həll etməyə kömək edirik.
 

Niyə klinikalar və salonlar bizi seçir?

🔹

Əmək haqqına 50%-dək qənaət

Ştat administratoru saxlamaqdan daha sərfəli tariflər təqdim edirik, üstəlik, peşəkar komandaya sahib olursunuz.

🔹

Tibbdə və gözəllik sahəsində təcrübə

Müştərilərinizlə necə düzgün ünsiyyət qurmağı bilirik.

🔹

Robotlar yox, canlı ünsiyyət

Zənglər və xatırlatmalar real insanlar tərəfindən edilir ki, bu da etibarı artırır.

🔹

Çoxdilli operatorlar

Bütün müştərilərin rahatlığı üçün Azərbaycan, Rus və Ingilis dillərində danışırıq.

🔹

Fərdi ssenarilər

Dialoqları brendinizə və xidmətlərinizə uyğunlaşdırırıq.

🔹

Şəffaf hesabatlılıq

Neçə zəngin cavablandığını, neçə qəbulun təsdiqləndiyini və neçə müştərinin geri qayıtdığını aydın şəkildə görürsünüz.

Əməkdaşlığa necə başlamaq olar?

1

Ehtiyaclarınızı müzakirə edirik

Çağrı mərkəzi hansı vəzifələri həll etməlidir?

2

Ünsiyyət ssenarilərini qururuq

Ünsiyyət ssenariləri və hesabat sistemi qururuq.

3

Zənglərin emalına başlayırıq

Heç bir problem olmadan daha çox sifariş və məmnun müştəri əldə edirsiniz.

Müştəriləriniz daim əlaqədə, biznesiniz isə qazancdadır!