Geri

Beynəlxalq çağrı mərkəzi xidməti artıq Bakıda

20 ildən artıqdır ki, Rusiyada uğurla fəaliyyət göstərən və geniş müştəri portfelinə malik “Wilstream” çağrı mərkəzi xidməti Bakıda öz nümayəndəliyini açıb. “Wilstream” hər növ biznes sahəsi üzrə autsorsinq çağrı mərkəzi xidmətləri təklif edən beynəlxalq şirkətdir. Daşınmaz əmlak agentliklərindən tutmuş sığorta şirkətləri, fitnes, tibb və kosmetologiya mərkəzləri, tur-operatorlar, İT şirkətlərinə qədər bir çox fəaliyyət sahəsi üçün çağrı mərkəzi xidmətləri təklif edən “Wilstream” tam peşəkar heyətə və müasir infrastruktura malikdir. Müştəriləri xətdə gözlətmədən onlara qısa zamanda cavab verilməsi, həmçinin onların sorğularının peşəkarlıqla cavablandırılması çağrı mərkəzinin əsas funksiyalarındandır. Bu isə həm operator heyətinin zəngin təcrübəyə malik olması, həm də infrastrukturun müasir standartlara cavab verməsindən çox asılıdır. “Wilstream” çağrı mərkəzi bu tələbləri tam qarşılayaraq biznesinizi ehtiyac durduğunuz çağrı mərkəzi ilə təmin edir. Çox sayda operator heyətinin şirkətinizə daxil olan zəngləri cavablandırması heç bir müştəri zənginin itirilməməsinə səbəb olacaq. Peşəkar komanda və “Oktell” kommunikasiya platforması üzərində qurulmuş müasir avadanlıqlı serverə malik çağrı mərkəzi sizə zənglərlə bağlı gündəlik qayğılarınızı unutduracaq. “Wilstream” sayəsində çağrı mərkəzi xidmətlərini icarə etməklə həm büdcənizə qənaət edəcək, həm də zənglərin vaxtında və peşəkarlıqla cavablandırılmasından tam arxayın olacaqsınız. Çox sayda operatorun işə cəlb edilməsi, ilkin mərhələdə onlar üçün təlimlərin keçirilməsi, eyni zamanda keyfiyyətli çağrı mərkəzi üçün lazım olan infrastrukturun qurulması böyük maliyyə xərcləri hesabına başa gəlir. Amma siz çağrı mərkəzi xidmətlərini autsorsinq etməklə bu xərclərdən azad olursunuz. “Wilstream” çağrı mərkəzinin fəaliyyət sahəsi tək zənglərin cavablandırılması isə məhdudlaşmır. Telemarketinq xidmətləri, “soyuq zəng”lər, keçmiş müştərilərin geri qaytarılması üçün zənglərin edilməsi, telefon sorğuları, zənglərin emalı və araşdırılması kimi xidmətlərdən istifadə etməklə biznesinizin böyüməsi üçün uğurlu addımlar ata bilərsiniz. “Wilstream” çağrı mərkəzinin xidmətləri ilə tanış olmaq üçün (+99412) 464 11 11 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin