Qənaətdən ekspertizaya çıxış imkanına qədər: autsorsinq çağrı mərkəzləri bazarının sürətlə böyüməsinin səbəbləri
Autsorsinq çağrı mərkəzlərinin qlobal bazar dəyəri 2021-ci ildə 75 milyard 450.34 milyon ABŞ dollarına çatıb və o vaxtdan bəri davamlı artım nümayiş etdirir. Proqnozlara əsasən, hər il 6,03% artımın qeydə alındığı bu bazarın dəyəri 2027-ci ildə 107 milyard 209.63 milyon ABŞ dollarına çatacaq.
Bəs, autsorsinq çağrı mərkəzləri bazarının belə dinamik artımına hansı amillər təkan verir?
Autsorsinq çağrı mərkəzləri bazarının dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı həm böyük, həm də kiçik şirkətlərə məlum olan çoxsaylı faktorlarla izah etmək olar. Daim dəyişən istehlakçı ehtiyaclarını və biznesin qloballaşmasını nəzərə alaraq demək olar ki, autsorsinq çağrı mərkəzi rahatlıq və dəbdəbədən daha çox zərurətə çevrilib.
Bu sahənin sürətli inkişafına təkan verən əsas amillər isə aşağıdakılardır:
Xərclərin səmərəliliyi:
Şirkətlərin autsorsinqi seçmələrinin əsas səbəblərindən biri əhəmiyyətli dərəcədə qənaət imkanları əldə etmələridir. Şirkət daxilində çağrı mərkəzinin yaradılması, saxlanılması infrastruktura, işçi heyətinə və texnologiyaya xeyli investisiya yatırılmasını tələb edir. Amma autsorsinq bu ilkin xərclərin qarşısını alır, şirkətlərə resurslarını daha səmərəli şəkildə bölüşdürmək imkanı verir.
Ekspertizaya çıxış imkanı:
Autsorsinq çağrı mərkəzləri müştəri xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşırlar, bu da onların geniş bilik və təcrübəyə malik olması deməkdir. Onlar ən son texnologiyalarla, təlim metodları ilə və ən yaxşı təcrübələrlə tanışdırlar. Bu da sizin daxili resurslarınıza ehtiyac olmadan müştəriləriniz üçün yüksək keyfiyyətli xidmət göstərilməsinə zəmanət verir.
Fəaliyyət miqyası:
Şirkət böyüdükcə və ya mövsümi olaraq fəaliyyət miqyası dəyişdikcə, onun müştərilərə xidmət tələbləri dəyişə bilər. Autsorsinq şirkətlərə logistika, yeni işçilərin işə götürülməsi və ya təlimi kimi problemlər yaşamadan fəaliyyətlərini genişləndirə, məhdudlaşdıra bilən çeviklik imkanı yaradır. Nəticədə şirkətlər fəaliyyət dairələrini ehtiyaclarına görə müəyyənləşdirə bilirlər.
24/7 dəstək:
Qloballaşan dünyamızda müştərilər müxtəlif saat qurşaqlarında ola bilərlər. Autsorsinq üzrə çalışan çağrı mərkəzləri müştərilərə istənilən vaxt kömək olunmasını, bununla onların brendə sadiq qalmasını təmin edərək 24/7 dəstək xidməti göstərir.
Bir neçə dildə professional şəkildə komunikasiya imkanı:
Qlobal şirkətlər çoxmillətli müştəri bazası ilə işləyirlər. Wilstream autsorsinq çağrı mərkəzi dil baryerlərini minimum həddə salmağa kömək edən, bir neçə dildə danışa bilən operatorlar ştatına malikdir.
Texnoloji innovasiyalar:
Wilstream autsorsinq çağrı mərkəzi səmərəli xidmət göstərilməsini və müştərilərin tələblərini dərindən anlamağı təmin edən rabitə, süni intellekt və məlumat analitikası sahələrində ən son texnologiyalara çıxış imkanlarına malikdir.
Əsas fəaliyyət istiqaməti üzrə fokuslanma:
Müştərilərə xidmət kimi əlavə işləri autsorsinqə həvalə etməklə şirkətlər əsas fəaliyyət istiqamətləri üzrə böyümələrinə imkan verən fəaliyyət sahələrinə, innovasiyalarına və strategiyalarına daha çox diqqət ayırmaq imkanı əldə edirlər.
Təkmilləşdirilmiş müştəri xidməti təcrübəsi:
Müştərilərə xidmət üzrə xüsusi təlim və unikal diqqət sayəsində Wilstream autsorsinq çağrı mərkəzi ən yüksək keyfiyyətdə xidmət təqdim edir. Bu, öz növbəsində, müştəri bazasının qorunmasının daha da yaxşılaşdırılmasına və yenilərinin cəlb edilməsinə gətirib çıxarır.
Qlobal iştirak:
Qlobal bazarlarda iştirakını genişləndirməyə çalışan şirkətlərin regional xüsusiyyətləri və mədəni həssaslıqları bilən çağrı mərkəzi ilə işləməsi olduqca vacibdir.
Risklərin idarə edilməsi:
Autsorsinq həm də risklərin azaldılması strategiyası kimi xidmət göstərə bilər. Əməliyyat bazalarının müxtəlifliyi şirkətlərə lokal texniki və ya digər xarakterli problemlər zamanı işin davamlılığını təmin etməyə imkan verir.
Digər xəbərlər
Bizim ilə əlaqə saxlayın