Biznesimin çağrı mərkəzinə ehtiyacı varmı?

Biznesimin çağrı mərkəzinə ehtiyacı varmı?

05 / 11 / 24

Telefon zənglərinin idarə edilməsi kiçik biznes sahibi üçün çətinlik yaradır. Telefonunuz davamlı olaraq zəng çalır və vaxtınızı digər vacib işlərə sərf etməyə imkan vermir. Üstəlik, cavabsız buraxılan zənglər gəlir itkisi ilə nəticələnir. Bunlar fonunda çağrı mərkəzlərinin rolu qabarıq şəkildə üzə çıxır. Bəs, sizin biznesinizin çağrı mərkəzinə ehtiyacı varmı? Bu məqalə müştəri xidmətinizi autsorsinq etməklə biznesinizin bundan necə faydalana biləcəyini müəyyən etməkdə sizə kömək edəcək.

Müştərilərinizin zənglərinin ənənəvi qaydada idarə edilməsi: adətən, bizneslər bütün gələn zənglərin daxili resurslarla cavablandırılır. Bu, bir qayda olaraq, çox vaxt aparır və insan resursları baxımından biznesə baha başa gəlir. Xüsusən də o zaman ki, siz çoxlu sayda zənglər qəbul edirsiniz. Zəngləri idarə etmək üçün bir neçə variant var. Bura zəngi qəbul edən şəxsi və ya şəxsləri işə götürmək və ya zənglərə cavab vermək üçün biznesinizdə kiminsə sırf bu iş üçün ayrılması da daxildir. Ancaq bu, olduqca baha başa gəlir. Bahalı qiymət kiçik və ya məhdud resursları olan bizneslər üçün belə variantlardan istifadəni mümkünsüz edir.

Başqa bir seçim səsli poçtdan istifadə etməkdir, lakin bu yanaşma buraxılmış zənglərə və canlı operatorla danışmağa üstünlük verən müştərilərin məyus olmasına səbəb olur. Bundan əlavə, səsli poçt sistemləri çoxsaylı zəngləri səmərəli idarə etməyə imkan vermir. Siz avtomatlaşdırılmış sistemi sınaya bilərsiniz, lakin o, şübhəsiz ki, canlı operatorun yanaşma effektivliyindən məhrum olacaq və mürəkkəb xarakterli müştəri sorğularına cavab verə bilməyəcək.

Belə məsələlərin həllində köməyinizə çağrı mərkəzi və onların təklif etdiyi cavablandırma xidməti çatır.

Çağrı mərkəzləri nədir?
Çağrı mərkəzləri müəssisələrə daxil olan və çıxan çoxsaylı zəngləri idarə etmək üçün xüsusi olaraq nəzərdə tutulmuş mərkəzləşdirilmiş xarakterə malik təşkilatlardır. Bu mərkəzlər ya şirkətin daxili departamenti, ya da xidmət təminatı ilə məşğul olan üçüncü tərəf ola bilər. Çağrı mərkəzinin əsas funksiyası müştərilərlə qarşılıqlı əlaqəni idarə etmək, müştəri dəstəyi, texniki yardım, sifarişlərin işlənməsi və satış kimi müxtəlif xidmətlər göstərməkdir.

Onlar daxil olan zəngləri idarə etmək üçün tez-tez qabaqcıl telefoniya və kompüter sistemlərindən istifadə edirlər. Zəngləri təcili olmasına və vacibliyinə görə prioritetləşdirirlər, onları həlləri üçün müvafiq operatora və ya şöbəyə yönləndirirlər. Çağrı mərkəzi xidmətləri daxil olan, çıxan və ya qarışıq xaraketrli zəng funksiyalarına görə müxtəlif növlərə bölünür.

Daxil olan zəngləri qəbul edən çağrı mərkəzləri yardım və ya məlumat istəyən müştərilərdən zəngləri qəbul edir, çıxan zənglərlə iş aparan çağrı mərkəzləri isə satış və ya marketinq məqsədləri üçün müştəri zəngləri ilə məşğul olurlar. Qarışıq xidmət göstərən çağrı mərkəzləri həm daxil olan, həm də çıxan zəngləri özündə birləşdirirlər və beləliklə də tam müştəri xidməti təklif edirlər.

Çağrı mərkəzləri kiçik şirkətlər üçün cavablandırma xidmətlərini də təklif edir. Bu zaman kiçik bizneslər adətən, zənglərin cavablandırılması və ötürülməsi, mesajların qəbulu və ümumi məlumatların verilməsi kimi xidmətlərlə təmin olunurlar.

Çağrı mərkəzlərinin xidmətlərinin biznes üçün faydaları:

  • Vaxta qənaət: Autsors çağrı mərkzinə zəngləri həvalə etməklə işçiləriniz diqqətini digər vacib işlərə yönəldə bilər.

  • Peşəkar xidmət: Təlim keçmiş operatorlar müştərilərə hörmətlə və peşəkar yanaşma göstərir.

  • Müştəri məmnuniyyətinin yaxşılaşdırılması: Tez və səmərəli cavablandırma xidməti məmnuniyyət və brendə bağlılığı artırır.

  • İş saatlarından sonra dəstək: Müştərilər hər zaman biznesinizə çata bilir.

  • İki dildə operatorlar: Daha geniş auditoriyaya xidmət imkanı.

  • Xərclərin azaldılması: Əlavə əməkdaş işə götürməkdən daha sərfəlidir.

Çağrı mərkəzinin autsors xidmətinə müraciət etmək nə vaxt sərfəlidir?

  • 24/7 dəstək lazım olduqda.

  • Böyük həcmdə zənglər olduqda (kampaniyalar, mövsümi sıçrayışlar, fövqəladə hallar).

  • İşçi tapmaq və təlim keçirmək çətin olduqda.

Meyarlar:

  • Zəng həcmi çoxdursa.

  • Büdcə məhduddursa.

  • Cavabsız zənglər çoxdursa.

  • İş saatlarından sonra dəstək vacibdirsə.

  • Müxtəlif dillərdə müştərilərlə işləyirsinizsə.

  • Mövsümi dalğalanmalar varsa.

Nəticə:
Yüksək zəng həcmi ilə ayaqlaşmaqda çətinlik çəkirsinizsə və ya 24/7 dəstəyiniz yoxdursa, çağrı mərkəzinə müraciət etmək əlverişli həlldir.

Wilstream çağrı mərkəzi həlləri üzrə regionda aparıcı təchizatçıdır. Fəaliyyətiniz nə olursa olsun, biznesinizin ehtiyaclarını ödəmək üçün sizə özəl iş həlləri təqdim edirik.