Geri

Biznesimin çağrı mərkəzinə ehtiyacı varmı?

Telefon zənglərinin idarə edilməsi kiçik biznes sahibi üçün çətinlik yaradır. Telefonunuz davamlı olaraq zəng çalır və vaxtınızı digər vacib işlərə sərf etməyə imkan vermir. Üstəlik, cavabsız buraxılan zənglər gəlir itkisi ilə nəticələnir. Bunlar fonunda çağrı mərkəzlərinin rolu qabarıq şəkildə üzə çıxır. Bəs, sizin biznesinizin çağrı mərkəzinə ehtiyacı varmı? Bu məqalə müştəri xidmətinizi autsorsinq etməklə biznesinizin bundan necə faydalana biləcəyini müəyyən etməkdə sizə kömək edəcək.

Müştərilərinizin zənglərinin ənənəvi qaydada idarə edilməsi:

adətən, bizneslər bütün gələn zənglərin daxili resurslarla cavablandırılır. Bu, bir qayda olaraq, çox vaxt aparır və insan resursları baxımından biznesə baha başa gəlir. Xüsusən də o zaman ki, siz çoxlu sayda zənglər qəbul edirsiniz. Zəngləri idarə etmək üçün bir neçə variant var. Bura zəngi qəbul edən şəxsi və ya şəxsləri işə götürmək və ya zənglərə cavab vermək üçün biznesinizdə kiminsə sırf bu iş üçün ayrılması da daxildir. Ancaq bu, olduqca baha başa gəlir. Bahalı qiymət kiçik və ya məhdud resursları olan bizneslər üçün belə variantlardan istifadəni mümkünsüz edir. Başqa bir seçim səsli poçtdan istifadə etməkdir, lakin bu yanaşma buraxılmış zənglərə və canlı operatorla danışmağa üstünlük verən müştərilərin məyus olmasına səbəb olur. Bundan əlavə, səsli poçt sistemləri çoxsaylı zəngləri səmərəli idarə etməyə imkan vermir. Siz avtomatlaşdırılmış sistemi sınaya bilərsiniz, lakin o, şübhəsiz ki, canlı operatorun yanaşma effektivliyindən məhrum olacaq və mürəkkəb xarakterli müştəri sorğularına cavab verə bilməyəcək. Belə məsələlərin həllində köməyinizə çağrı mərkəzi və onların təklif etdiyi cavablandırma xidməti çatır. Çağrı mərkəzləri nədir? Çağrı mərkəzləri müəssisələrə daxil olan və çıxan çoxsaylı zəngləri idarə etmək üçün xüsusi olaraq nəzərdə tutulmuş mərkəzləşdirilmiş xarakterə malik təşkilatlardır] . Bu mərkəzlər ya şirkətin daxili departamenti, ya da xidmət təminatı ilə məşğul olan üçüncü tərəf ola bilər. Çağrı mərkəzinin əsas funksiyası müştərilərlə qarşılıqlı əlaqəni idarə etmək, müştəri dəstəyi, texniki yardım, sifarişlərin işlənməsi və satış kimi müxtəlif xidmətlər göstərməkdir. Onlar daxil olan zəngləri idarə etmək üçün tez-tez qabaqcıl telefoniya və kompüter sistemlərindən istifadə edirlər. Zəngləri təcili olmasına və vacibliyinə görə prioritetləşdirirlər, onları həlləri üçün müvafiq operatora və ya şöbəyə yönləndirirlər. Çağrı mərkəzi xidmətləri daxil olan, çıxan və ya qarışıq xaraketrli zəng funksiyalarına görə müxtəlif növlərə bölünür. Daxil olan zəngləri qəbul edən çağrı mərkəzləri yardım və ya məlumat istəyən müştərilərdən zəngləri qəbul edir, çıxan zənglərlə iş aparan çağrı mərkəzləri isə satış və ya marketinq məqsədləri üçün müştəri zəngləri ilə məşğul olurlar. Qarışıq xidmət göstərən çağrı mərkəzləri həm daxil olan, həm də çıxan zəngləri özündə birləşdirirlər və beləliklə də tam müştəri xidməti təklif edirlər. Çağrı mərkəzləri kiçik şirkətlər üçün cavablandırma xidmətlərini də təklif edir. Bu zaman kiçik bizneslər adətən, zənglərin cavablandırılması və ötürülməsi, mesajların qəbulu və ümumi məlumatların verilməsi kimi xidmətlərlə təmin olunurlar. Bu xidmətdən müvafiq resursları və ya tam miqyaslı çağrı mərkəzinə ehtiyacı olmayan kiçik bizneslər və ya fərdi sahibkarlar istifadə edə bilər. Nəticə etibarı ilə çağrı mərkəzlərinin xidmətləri əhatə dairəsi və mürəkkəbliyi ilə fərqlənir. Autsors çağrı mərkəzləri həm çoxsaylı, həm də az həcmdə olan zəngləri idarə edir.

Çağrı mərkəzlərinin xidmətlərinin biznes üçün faydaları:

Çağrı mərkəzindən istifadə biznesinizə aşağıdakılar daxil olmaqla bir sıra üstünlüklər vəd edir:

Vaxta qənaət:

Autsors çağrı mərkzinə daxil olan zəngləri idarə etməyi həvalə etməklə siz və işçiləriniz diqqətinizi fasiləsiz şəkildə digər vacib işlər üzərində cəmləşdirə bilərsiniz.

Peşəkar xidmətin göstərilməsi:

Autsors çağrı mərkəzi müştərilərinizə nəzakətli xidmət göstərə bilən, onlara hörmətlə yanaşan, bununla da biznesinizin nüfuzunu yüksəltməyə xidmət edən təlim keçmiş operatorları sizin layihə üçün hazırlayır.

Müştəri məmnuniyyətinin yaxşılaşdırılması:

Tez və səmərəli həllə həsr olunmuş cavablandırma xidməti müştəri məmnuniyyətini yaxşılaşdırır, brendə bağlılığı artırır və biznesinizin böyüməsinə gətirib çıxarır.:

Zənglərin iş saatlarından sonra və ya pik vaxtlarda idarə edilməsi:

Autsors çağrı mərkəzi adi iş saatlarınızdan sonrakı vaxtlarda da zəngləri idarə edir. Bu da müştərilərinizin hər zaman sizinlə əlaqə saxlaya bilməsini təmin edəcək. Bu, biznesinizə yönəlik zənglərin həddən artıq çox olduğu hallarda xüsusilə faydalıdır:

İki dildə danışa bilən operatorların xidmətindən istifadə:

Autsors çağrı mərkəzi iki dildə danışa bilən operatorların xidmətindən istifadə imkanı təqdim edir. Bu da sizə daha geniş müştərilərə xidmət göstərməyə və qeyri-Azərbaycan dilində danışanlarla ünsiyyəti yaxşılaşdırmağa imkan verir.

İki dildə danışa bilən operatorların xidmətindən istifadə:

Autsors çağrı mərkəzi iki dildə danışa bilən operatorların xidmətindən istifadə imkanı təqdim edir. Bu da sizə daha geniş müştərilərə xidmət göstərməyə və qeyri-Azərbaycan dilində danışanlarla ünsiyyəti yaxşılaşdırmağa imkan verir.

Xərclərin azaldılması:

Autsors çağrı mərkəzininin xidmətlərinən istifadə xüsusilə kiçik biznes və ya məhdud resursları olanlar üçün daxil olan zəngləri idarə etmək məqsədilə əlavə əməkdaşları işə götürməkdən daha sərfəlidir. Çağrı mərkəzinin autsors xidmətinə müraciət etmək nə vaxt sərfəlidir? Zənglərinizin autsorsinqini çağrı mərkəzinə həvalə etməyi nə vaxt düşünməlisiniz? Bir misal biznesinizin 24/7 dəstəyi tələb etməsidir. Cavablandırma xidməti biznesinizin həmişə, hətta adi iş saatlarından sonra da müştərilər üçün əlçatan olmasını təmin edir. Müştəriləriniz müxtəlif vaxt zonalarındadırsa və ya təcili xidmətlər təklif edirsinizsə, bu, xüsusilə vacibdir. Başqa bir misal işçilərinizin idarə edə bilmədiyi çoxsaylı, böyük həcmdə olan zəngləri qəbul etməsidir. Bu, çoxlu sayda tələb yaradan marketinq kampaniyası, biznesdə mövsümi sıçrayışlar və ya təbii fəlakət kimi gözlənilməz hadisələr səbəbindən baş verə bilər. Bu ssenarilərdə zənglərinizin autsorsinqi əlavə dəstək təmin edə və daha çox zəngləri idarə etməyə imkan verir. Bundan əlavə, əməkdaşları işə götürməkdə və onlara təlim keçməkdə çətinlik çəkirsinizsə, autsorsinq praktiki həll yoludur. Müştərilərə yüksək səviyyədə xidmət göstərə və ixtisaslaşmış biznes proseslərini həyata keçirə bilən ixtisaslı işçi heyəti tapmaq çətin və vaxt aparan prosesdir. Nüfuzlu cavablandırma xidmətinə autsors zənglərin həvaləsi bu problemləri yüngülləşdirir, riski minimuma endirir və müştərilərinizin yüksək keyfiyyətli dəstək almasını təmin edir.

Çağrı mərkəzinə nə zaman ehtiyacınız olub-olmadığını müəyyən etmək üçün meyarlar

Əgər siz hələ də biznesinizin zənglərinizin autsorsinqindən faydalanacağına əmin deyilsinizsə, burada nəzərə almalı olduğunu bəzi meyarlar var:

Zəng həcmi:

Əgər biznesiniz işçilərinizin idarə edə biləcəyindən daha çox zəng qəbul edirsə, zənglərin qəbulunu autsors çağrı mərkəzi xidmətinə həvalə etməklə yaranmış problemi uğurla həll edə biləcəksiniz.

Büdcə:

Əgər tam iş saatı ilə zəng qəbuluna cavabdeh əməkdaşı işə götürə bilmirsinizsə, cavablandırma xidmətinə müraciət etmək sərfəli həll yoludur.

Cavablandırlmamış zənglər:

Zəngləri davamlı olaraq cavablandırmırsınızsa və ya səsli poçtlara vaxtında cavab verə bilmirsinizsə, zənglərinizin autsorsinqi barədə düşünün.

İş saatlarından sonra dəstək:

Əgər biznesiniz iş saatlarından sonra dəstək tələb edirsə, zənglərin qəbulunun çağrı mərkəzinə həvaləsi müştərilərinizin hər zaman biznesinizə, hətta adi iş saatlarından kənarda da müraciət edə bilməsini təmin edir.

Dil ehtiyacları:

Fərqli dillərdə danışan müştərilərə xidmət edirsinizsə, iki dildə danışa bilən operatorların xidmətini təklif edən çağrı mərkəzinə müraciət etmək əlverişli həll yoludur.

İş miqyasının müəyyən oluna bilməsi:

Əgər biznesiniz zəng həcmində mövsümi dalğalanmalar yaşayırsa və ya sürətlə böyüyürsə, zənglərinizin autsorsinqi əlavə əməkdaşlar işə götürmədən artan zəng həcmini idarə etmək üçün lazım olan miqyasın müəyyən olunmasını təmin edir. Autsorsinqi çağrı mərkəzinə həvalə etməyə hazırsınız? Yüksək zəng həcmi ilə ayaqlaşmaqda çətinlik çəkirsinizsə və ya 24/7 dəstəyinə ehtiyac duyursunuzsa, zənglərinizin autsorsinqini çağrı mərkəzinə həvalə etmək əlverişli həll yoludur. Çağrı mərkəzində peşəkarların təcrübəsindən istifadə etməklə, müştərilərinizin hər zaman biznesinizə əlçatanlığının təmin olunmasını və ehtiyac duyduqları dəstəyi almalarını təmin etmiş olursunuz.

Autsors çağrı mərkəzi haqqında daha çox məlumat almaq istəyirsinizsə, Wilstream-ə müraciət edin. Wilstream çağrı mərkəzi həlləri üzrə regionda aparıcı təchizatçıdır. Fəaliyyətiniz nə olursa olsun, biznesinizin ehtiyaclarını ödəmək üçün sizə özəl iş həlləri təqdim edirik.

Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin