Wilstream-in birbaşa marketinq alətləri ilə satışlarınızı artırın
Üstünlükləri baş direktor Oksana Panfilova ilə müzakirə etdik.
Günümüzdə bazarda rəqabətin daha sərt xarakter aldığı və hədəf auditoriyası ilə ünsiyyətin getdikcə çətinləşdiyi bir vaxtda Wilstream şirkətinin təqdim etdiyi xidmətdən istifadə etməklə telefon vasitəsilə satış birbaşa marketinqin səmərəli vasitəsinə çevrilməkdədir. Bu metod potensial müştərilər haqqında məlumat toplamağa, onlarla şəxsi əlaqə qurulmasına, tələb və motivlərini öyrənməyə, eləcə də marketinq və reklam fəaliyyətlərinin effektivliyini artırmağa imkan verir. Gəlin, Wilstream-in xidmətindən istifadə etməklə telefonla satışların niyə bu qədər səmərəli olmasına və hansı üstünlüklər qazandırmasına nəzər salaq.
Potensial müştərilər haqqında məlumatların toplanması:
Wilstream-in telefonla satış xidməti potensial müştərilər haqqında zəruri məlumatlar toplanması üçün operatorlara müvafiq vasitələr və texnologiyalar təqdim edir. Operatorların müştərilərlə danışıqlarının qeydlərini təhlil edərək, müştərinin nəyə üstünlük verdiyini, tələblərini anlamağa kömək edəcək əsas məqamları müəyyən etmək olar. Bu, marketinq kampaniyalarınızı daha dəqiq hədəflər üzrə qurmağa və satış strategiyasınızı hər bir müştərinin fərdi tələblərinə uyğunlaşdırmağa imkan verir.
Müştərilərin tələblərinin daha ətraflı öyrənilməsi:
Wilstream hədəf istehlakçılarının tələb və motivasiyalarını daha ətraflı öyrənmək imkanları yaradır. Operatorlar müştərilərin hansı problemləri və ya istəkləri olduğunu aydınlaşdırmaq üçün onlara suallar verir və cavablar alırlar. Bu, daha uyğun həllər təklif etməyə və müştəri ilə etibarlı zəmində münasibət qurmağa imkan verir.
Daha çox sayda müştərinin cəlb olunması:
Wilstream komandası qısa müddət ərzində daha çox müştəri cəlb etmək imkanı yaradır. Optimallaşdırılmış proseslər və operatorların iş sistemləri sayəsində Wilstream komandası sifarişçinin müəyyən etdiyi vaxt çərçivəsində potensial müştərilərlə əlaqə yaradılması, onların diqqətinin cəlb edilməsi və sərfəli təkliflərin təqdim olunması ilə bağlı zəngləri icra edir.
Bu, müştəri bazasını böyütmək və davamlı satışa nail olmaq istəyən şirkətlər üçün xüsusilə faydalıdır.
Asan idarəetmə və səmərəliliyin qiymətləndirilməsi:
Wilstream-in təqdim etdiyi telefonla satış xidməti satışın asan şəkildə nəzarətdə saxlanılmasına və səmərəliliyini qiymətləndirməyə imkan verir. Wilstream çağrı mərkəzinin operatorlarının danışıqları qeydə alınır ki, bu da istənilən vaxt xidmətin keyfiyyətini yoxlamağa və onların səmərəliliyini analiz etməyə imkan verir. Bundan əlavə, Wilstream edilən zənglər və satışlar haqqında müntəzəm hesabat təqdim edir. Bu da öz növbəsində layihənin dinamikasını qiymətləndirmək və nəticələri yüksəltmək üçün lazımi tədbirlər görməyə kömək edir.
Wilstream-in telefonla satış xidmətindən istifadə biznes üçün əhəmiyyətli üstünlüklər vəd edir. O, potensial müştərilər haqqında məlumat toplamağa, onların tələblərini daha ətraflı öyrənməyə, marketinq fəaliyyətinin nəticəyönümlülüyünü artırmağa və daha çox müştəri cəlb etməyə imkan verir. Wilstream çağrı mərkəzinin operatorları telefonla satışı sahəsində geniş biliklərə və təcrübəyə malikdirlər ki, bu da müştərilərə göstərilən xidmətin yüksək keyfiyyətinə zəmanət verir. Bundan əlavə, operatorların işinin ciddi şəkildə nəzarətdə saxlanılması, effektivliyin daimi olaraq qiymətləndirilməsi sayəsində Wilstream komandası operatorların danışıq ssenarilərini daim təkmilləşdirir və bu da daha yaxşı nəticələr əldə etməyə kömək edir.
Wilstream müştərilərinə prosesi asanlaşdıran qabaqcıl texnologiyalara və vasitələrə çıxış təmin edir. Bura müştəri məlumat bazasını idarə etməyə, zəng proseslərini avtomatlaşdırmağa imkan verən CRM sistemindən istifadə, müştərilərlə ünsiyyətdə ardıcıllığı və səmərəliliyi təmin etmək məqsədilə operatorlar üçün danışıq ssenariləri də daxildir.
Wilstream komandası müştərilərin biznes tələblərini və məqsədlərini nəzərə alaraq, onlarla sıx əməkdaşlıq şəraitində işləyir. Biz hər bir layihəyə fərdi yanaşma təklif edirik və müştərinin tələblərinə ən yaxşı şəkildə uyğun gələn satış strategiyası hazırlayırıq. Bundan əlavə, Wilstream çağrı mərkəzinin operatorları öz bacarıqlarını daim təkmilləşdirmək və telefonla satış sahəsində ən son tendensiyalardan xəbərdar olmaq üçün təlim və treninqlərə cəlb olunurlar.
Nəticə etibarı ilə Wilstream-in telefonla satış xidməti müştərilərlə şəxsi əlaqəni təmin edən, marketinq kampaniyalarının nəticəyönümlülüyünü yüksəldən, daha çox müştəri cəlb edən və mövcud müştərilərin loyallığını təmin edən əvəzsiz biznes vasitəsidir. Wilstream ilə əməkdaşlıq edərək, müştərilərimiz bizneslərinin inkişafına və yüksək nəticələr əldə etməyə kömək edən təcrübə və eksperizaya çıxış imkanı əldə edirlər.
Sizin layihəniz üçün təklif hazırlmağa hazırıq, saytımızda müraciət formanı doldurun və əməkdaşlarımız ödənişsiz konsultasiya üçün sizinlə əlaqə saxlayacaqlar.
Digər xəbərlər
Bizim ilə əlaqə saxlayın