Müştərilərinizin brendinizin sadiq müdafiəçilərinə çevirən həll təqdim edirik. Wilstream satış şöbəsinin rəhbəri Viktoriya Qraçeva izah edir.
Yaxşı, yüksək səviyyəli xidmət uğurlu biznesin ayrılmaz hissəsidir. Bu gün getdikcə daha çox şirkət başa düşür ki, müştərilərlə uzunmüddətli əlaqələr qurmaq onlara təkcə keyfiyyətli məhsul və ya xidmətlər təqdim etməkdən ibarət deyil. Biznesdə uğuru şərtləndirən daha bir önəmli amil həm də qüsursuz müştəri dəstəyinin olmasıdır. Uğurlu müştəri dəstəyinin əsas komponentlərindən biri onlarla daimi əlaqənin qurulmasıdır. Bu əlaqə müştərinin istədiyi vaxtda, istədiyi rabitə kanalı vasitəsilə olmalıdır. Wilstream müştərilərinizin məhsul və ya xidmətinizdən məmnun qalmasını təmin etməklə yanaşı, onları brendinizin sadiq müdafiəçilərinə çevirən bir həll təqdim edir. Bəs, biz bunu necə edirik?
Biz işçi heyəti seçirik, onlara təlim keçirik, həmçinin operatorun müştəri ilə bütün danışığına ciddi nəzarət edirik:
Wilstream əməkdaşlarının seçiminə və təliminə böyük əhəmiyyət verir. Operatorlar komandası onların peşəkarlığı və müştərilərlə ünsiyyət bacarıqlarına əmin olmaq üçün diqqətlə seçilir. Təlim təkcə texniki hazırlıqdan ibarət olmayıb, həm də müştərilərlə əlaqə bacarıqlarının inkişafı, effektiv şəkildə ünsiyyət qurulmasını və problemlərin həllini əhatə edir. Şirkətin hər bir əməkdaşı müştərilərə ən yaxşı formada dəstək göstərmək üçün onların ehtiyac və tələblərini anlamağa xüsusi diqqət edir.
Biz effektiv danışıq ssenariləri hazırlayırıq və müasir İT həllərindən istifadə edirik:
Wilstream əməkdaşlara yüksək keyfiyyətli, davamlı dəstək verməyə kömək edən effektiv danışıq ssenariləri hazırlayır və tətbiq edir. Onlar problemlərin həllinə və müştəri sorğularının emal olunmasına strukturlaşdırılmış yanaşmanı təmin edirlər. Bundan əlavə, şirkət müraciətlərin emalı prosesini optimallaşdırmaq və xidmət keyfiyyətini yüksəltmək üçün nitq analitikası sistemləri kimi müasir İT həllərdən fəal şəkildə istifadə edir.
Müştərilərinizlə bütün mümkün kommunikasiya kanalları vasitəsilə 24/7 əlaqəni təmin edirik:
Hər bir müştəri öz ünsiyyət tərzinə üstünlük verir. Buna görə də şirkət müştərilərin tələblərini, üstünlük verdikləri əlaqə formalarını təmin etmək üçün müxtəlif kommunikasiya kanalları təklif edir. Telefon zəngləri və elektron poçt kimi ənənəvi kanallarla yanaşı, Wilstream həm də real vaxt rejimində söhbətlər, sosial şəbəkələr və mesajlaşma daxil olmaqla müasir kanallar vasitəsilə də ünsiyyət qurmaq imkanı yaradır. Bunun sayəsində müştərilər gecə və gündüz istənilən vaxt əlaqə saxlamaq və dəstək almaq üçün əlverişli hesab etdikləri vasitələrdən istifadə edə bilirlər.
Texniki avadanlıqlarımız media faylların və sənədləşmələrin mübadiləsini təmin edir
Müasir dünyada informasiya təkcə yazılı mətn formasına ötürülmür. Bunu nəzərə alan Wilstream müştərilərə fotoçəkilişlər və videolar kimi media fayllarını, eləcə də sənədləşmələri uyğun platformalar vasitəsilə paylaşmaq imkanı yaradır. Bu, müştərilərə problemləri daha dəqiq təsvir etməyə, vizual təlimatlar almağa və ya sorğularının həll üçün lazımi məlumatları əldə etmələrinə imkan verir.
Biz sizə onlayn rejimdə hesabat və müraciətlərin analizini təqdim edirik:
Müştərilərin müraciətlərinin monitorinqi və təhlili mütəmadi olaraq təqdim edilir. Müştəriləinizə dəstək prosesini təkmilləşdirməyə imkan verən tendensiyaları, problemli sahələri və imkanları müəyyən etmənizə kömək etmək üçün ətraflı hesabatlar və analizlər hazırlayırıq. Bu, məlumatlara istinad edərək əsaslandırılmış qərarlar qəbul etməyinizə və xidmət keyfiyyətini davamlı olaraq yaxşılaşdırmağınıza səbəb olacaq. Bundan əlavə, müştərilərimiz şəxsi kabinetlərinə tam giriş imkanı əldə edirlər. Şəxsi kabinet onlayn rejimdə müştəriyə istənilən vaxt lazımi sorğuları hazırlamağa imkan verir. Müştərilərinizin sorğularını effektiv idarə etmək üçün bütün lazımi məlumat və alətləri təqdim edirik.
Wilstream müştəri dəstəyi üçün hərtərəfli yanaşma təklif edir. Bu, müştəri məmnuniyyətinin ön planda yer almasını təmin edir. Şirkət ixtisaslı əməkdaşları seçməklə və onlara təlim keçməklə, effektiv danışıq ssenariləri hazırlamaqla, müasir İT həllərindən istifadə etməklə və müxtəlif kommunikasiya kanalları təqdim etməklə müştərilərin onlar üçün əlverişli olan istənilən vaxt yardım və dəstək almasına təminat verir. Nəticədə, Wilstream uzunmüddətli əlaqələr qurulmasına və müştəriləri brendin sadiq müdafiəçilərinə çevirməyə imkan verən uğurlu nəticə əldə etməyinizə kömək edir.
Saytımız vasitəsi ilə ödənişsiz konsultasiya üçün formanı doldurun və bizim əməkdaşlar ətraflı məlumat vermək üçün sizinlə əlaqə saxlayacaqlar.
Digər xəbərlər
Bizim ilə əlaqə saxlayın