Geri

Autsorsinq çağrı mərkəzi nədir?

Əmtəə və xidmət bazarında yüksək rəqabət şəraitində göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verən istənilən imkanın nəzərə alınması zəruri şərtdir. Müasir çağrı mərkəzi bu xidmətlərin ən yüksək səviyyədə göstərilməsinə kömək edə bilər. Hətta sizin şirkətinizdə lazımı hazırlıq dərəcəsinə malik mütəxəssislər olmasa belə, müştəri ilə effektiv kommunikasiyanı təmin etmək mümkündür. Bunun üçün əsas variantlardan biri autsorsinq çağrı mərkəzinin xidmətləridir. Autsorsinq çağrı mərkəzi nədir? Bu, telekommunikasiya bazarında xidmət göstərən şirkətdir. Onun müxtəlif fəaliyyət sahələrini əhatə edən çoxsaylı müştəriləri ola bilər, əlaqə üçün isə müxtəlif kanallardan - telefondan, SMS göndərişlərindən, sosial şəbəkələrdən istifadə olunur. Çağrı mərkəzinin təklif etdiyi xidmətlər: daxil olan zənglərin qəbulu və emalı; müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi; anketləşdirlmənin aparılması; şirkətin təklifləri, aksiyaları barədə müştərilərin məlumatlandırılması; müştərilərə məsləhətlərin verilməsi; “gizli alıcı” xidməti; qaynar xətt. Autsors çağrı mərkəzini etibar etdiyiniz şirkəti seçərkən onun işinin aşağıdakı vacib parametrlərini nəzərə alın: İş təcrübəsi. Göstərilən xidmətlərin siyahısı. Hazır paket təkliflərinin və xidmət üçün müxtəlif tarif planlarının mövcudluğu. Çağrı mərkəzinin köməyi ilə siz aşağıdakıları əldə edəcəksiniz: əsas işçi heyəti rutin işlərin yerinə yetrilməsindən azad etmək; ştatlı işçilərin əməyinə görə ödənişlərin və bahalı avadanlıqların alınması üzrə müəssisənin xərclərini azaltmaq; müştərilərlə müəssisənin işini yaxşılaşdırmağa imkan verən obyektiv əks əlaqə yaratmaq; böyük həcmdə daxil olan məlumatları səmərəli şəkildə emal etmək; müştərilərin və ya alıcıların məmnunluq dərəcəsini artırmaq. Çağrı mərkəzinin əməkdaşları öz işlərini xüsusi olaraq sizin şirkətinizin ehtiyacları üçün hazırlanmış ssenarilərə uyğun olaraq yerinə yetirəcəklər. Onların hamısı müştərilərlə, satış texnologiyaları ilə yüksək səviyyədə işləmək bacarıqlarına malik xüsusi təlim keçmiş mütəxəssislərdir. Çağrı mərkəzinin xidmətlərindən istifadə edən sifarişçi autsors icraçının fəaliyyəti haqqında hesabatlar alır, zəruri xidmətlərin siyahısını genişləndirərək və ya azaldaraq dəyişə bilir.
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin