İnternet mağaza üçün 24/7 müştərilər üçün əlçatan olmaq son dərəcə vacibdir. Bundan əlavə, çat, sosial şəbəkələr, zənglər və ya elektron poçt kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə müştərilərin sizə əlçatanlığını təmin etmək də eyni dərəcədə önəm kəsb edir.


Konsultasiya

Wilstream yalnız keyfiyyətli müştəri xidməti təqdim etmir. Effektiv yanaşmamız və peşəkar komandamız internet mağazanızın satışını 30% artırır. Biz təkcə müştəri xidməti və texnologiyadan istifadə sahəsində deyil, həm də brendinizin bazarda mövqeyini gücləndirmək və sadiq müştəriləri cəlb etmək üçün mükəmməl xidmətlər təqdim edirik.

İnternet mağazanız üçün hansı həllər təklif edirik:

  • Qaynar xəttin təşkili

    İnternet mağaza üçün qaynar xətt vacibdir, çünki o, müştərilərin problemlərinin tez və səmərəli həllini təmin edir, xidmət keyfiyyətini artırır və ümumi müştəri təcrübəsini yaxşılaşdırır. O, həmçinin müştərilərlə əks əlaqənin qurulmasında, onların rəyinin öyrənilməsində mühüm rol oynayır ki, bu da daim xidməti təkmilləşdirir, mağazanızın daha yaxşı məhsullar təqdim etməsinə gətirib çıxarır. Ümumiyyətlə, qaynar xətt internet mağaza strategiyasının ayrılmaz tərkib hissəsidir və uğurlu şəkildə müştəriyönümlü fəaliyyət həyata keçirilməsinin mühüm şərtidir.

  • Müştəri bazası əsasında zənglər edilməsi və sorğuların keçrilməsi:

    Wilstream sizin müştəri bazanızda yer alan şəxslərə zənglər edir, onları ən qısa müddət ərzində yeni məhsullar, xidmətlər barədə məlumatlandırır və ya hər hansı digər məlumatları müştərilərinizin diqqətinə çatdırır. Bundan əlavə, operatorlar komandası müştərilər arasında sorğular keçirir. Həmin sorğular əsasında təqdim etdiyiniz məhsul və ya xidmətdən müştərilərinizin nə dərəcədə razı qaldığı barədə məlumatlar sizə təqdim olunur.

    Wilstream, göstərilən xidmətdən və ya alınan məhsullardan məmnunluq səviyyəsini öyrənmək üçün müştərilərə zəng olunması və onlar arasında sorğuların keçirilməsi xidmətlərini təklif edir. Biz müştəriləriniz arasında sorğu keçirə və ya əvvəllər sizdən alış-veriş etmiş şəxslərin məlumat bazası əsasında yeni məhsullarınızı və ya xidmətlərinizi təklif etmək üçün onlara zəng edə bilərik. Biz həmçinin sizinlə əvvəl əlaqə saxlayan, lakin alış-veriş etməyən müştərilərə zəng edərək cari aksiyalar, bonuslar və digər təkliflər barədə onlara məlumat verməyə hazırıq.

    Nəticə əldə etməyiniz üçün biz aşağıdakı vacib məsələləri sizin üçün həll edirik:

    • Hazırlıq

      Telefon, çat, mesajlaşma, SMS, sosial şəbəkələr üzərindən müştərilərinizin istədiyi kommunikasiya kanallarını qururuq. İnteraktiv skriptlər sayəsində müştərinizin əlaqə yaratması üçün hər şey sadə və rahatdır. Bütün bunlar müştəriyə tez bir zamanda cavab almağa və alış-veriş etməyə imkan verir. Bütün statistik məlumatları əldə etməyinizi təmin etmək üçün biz qabaqcıl İT həllərindən istifadə edirik. Bu həllərə CRM-lə inteqrasiya, xüsusi ssenarilər və hesabat formaları daxildir.

    • Təlim

      Layihənin icrasına başlamazdan əvvəl, eləcə də onun həyata keçirildiyi bütün müddət ərzində biz əməkdaşları öyrədirik və onların biliklərini yoxlayırıq. Ona görə də layihə üçün təkcə müşahidəçilər yox, həm də təlimatçılar ayrılır. Sizinlə “eyni dalğada” ola bilmək üçün müntəzəm olaraq müştərilərimizlə görüş sessiyaları təşkil edirik.

    • Mənfəətli proses

      Biz əməkdaşların sayını sorğuların həcminə uyğunlaşdırırıq. Bu, iki mühüm məsələni həll edir. Birincisi, müştərilərin müraciətləri tez qəbul edilir. İkincisi, bu, sizin üçün maliyyə baxımından faydalıdır. Məsələn, satış dövründə çoxlu müraciətlər olduqda, biz prosesə əlavə operatorlar cəlb edirik. Tələbin az olduğu mövsümdə operatorların sayını azaldırıq. Beləliklə, siz “əlavə” əməkdaşlara pul ödəmirsiniz.

      Əldə etdiyiniz nəticə:

      • Gəlirlərinizin artımı: orta satış göstəricilərinin artması, təkrar alışlar və bütün sorğuların operativ şəkildə emalı;
      • Sadiq müştərilərinizin - brendinizin avatarlarının sayının artması;
      • Vaxta qənaət olunması və icrası mütləq olan proseslərin avtomatlaşdırılması;
      • Müştərilərin şüurunda brendinizin keyfiyyətinin artırılması və yerinin gücləndirilməsi;
      • Yeni həllər üçün dəqiq məlumatlar. Bizimlə iş sayəsində siz mağazanıza edilən müraciətlər və təqdim olunan məhsullar üzrə aydın, vahid statistikaya malik olursunuz. Wilstream-i seçin və internet mağaza satışlarınızda böyük artım əldə edin. Sizin üçün münasib olan vasitə ilə bizimlə əlaqə saxlayın.
Biz ünsiyyətə və müştərinin rahatlığına xüsusi diqqət yetirərək səmimi emosiyalar bəxş edirik
Peşəkarlıq

işçilərin təliminə
diqqətli yanaşma

Daha ətraflı
Şəffaflıq

Hesabatların hazırlanması, müştəriyə telefon qeydlərinin təqdim olunması

Daha ətraflı
Mərhələlik

hər bir mərhələ
başa çatdıqdan sonra ödəniş edin

Daha ətraflı
Zəmanət

Zənglərin qəbuluna, məktubların işlənməsinə, çatlarda hesabatların verilməsinə zəmanət veririk

Daha ətraflı
Virtual katib

Virtual katib xidməti ilə resepşninizi mükəmməl hala gətirin


Ətraflı məlumat
Konsultasiya üçün
müraciət edin

Sizin razı qalmağınız üçün əlimizdən gələni edəcəyik.

Aşağıdaki servislərimiz sizə
maraqlı ola bilər
Sifarişlərin qəbulu

650 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Virtual nömrə

600 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Qaynar xətt

670 azn-dən başlayan qiymətlərlə
Əlavə məlumat Xidmət sifariş
Layihəniz var?
Bizim ilə əlaqə saxlayın
Müraciətinizi göndərin