Çağrı mərkəzi niyə effektivdir?
İT şirkətləri üçün telekommunikasiya texnologiyalarından istifadə xüsusi əhəmiyyət kəsb edir. Fəaliyyəti internet və ya rabitə xidmətləri ilə bağlı olan bir çox firmalar da yeni müştərilərin axını ilə təmin edilməyə və mövcud müştərilərin loyallığını artırılmasına ehtiyac duyurlar, çünki bu bazarda rəqabət son dərəcə yüksəkdir. Çağrı mərkəzinin autsorsinqi vasitəsilə siz minimum vəsait xərcləyərək və zəmanətli nəticə əldə edərək xidmət istifadəçiləri ilə stabil iş qura bilərsiniz.
Konsultasiya
Çağrı mərkəzi İT üçün nə təklif edə bilər?
- Müştəri bazasının yaradılması. Soyuq zəng vasitəsi ilə biz sizin potensial müştərilərinizin tapıla biləcəyi sahələri seçəcəyik və ehtiyacları müəyyən edərək onlar ilə əlaqə saxlayacayıq.
- Müştəri bazasının aktuallaşdırılması. Hətta böyük bir departament üçün belə bütün mövcud əlaqələri emal etmək çətindir, buna görə də Wilstream çağrı mərkəzi sizə aktuallaşdırma xidməti - müştərilərin əlaqə məlumatlarının və onların ehtiyaclarının aydınlaşdırılmasını təklif edir.
- Yeni müştərilərin aktiv axtarışı. Bu üsul soyuq zəngləri - əvvəllər sizin şirkətiniz haqqında heç bir məlumatı olmayan istehlakçılar ilə əlaqəni əhatə edir. Birbaşa satışlardan əlavə, bu xidmət müştəri bazasının artmasına kömək edir.
- Loyallığı artırmaq üçün tədbirlər. Müştəri saxlamaq yenisini tapmaqdan az çətin deyil, buna görə də biz onları geri qaytarmaq üçün bir sıra tədbirlər təklif edirik. Telefon zənglərinin köməyi ilə biz müştərilərin problemlərini müəyyən edəcəyik ki, siz onların həlli yollarını müəyyənləşdirə biləsiniz.
- Qaynar xəttin yaradılması. Gecə - gündüz konsultasiya – bu, rəqabətli bazarda böyük bir üstünlükdür və çağrı mərkəzinin vasitəsi ilə siz istənilən vaxt öz müştərilərinizin suallarına cavab verəcəksiniz.
- İstehlakçıların texniki dəstək ilə təmin edilməsi. Sorğu xidmətinin təşkili sizə, sizin məhsul və ya xidmətlərinizdən istifadə zamanı, müştərilərinizdə yaranan problemləri tez həll etməyə imkan verəcək.
- Xəbərdarlıq. Manual və ya avtomatik zənglərdən, eləcə də email və SMS məlumatlandırmadan istifadə edərək, siz, sizin xidmətlərinizin istifadəçilərini şirkətinizdə keçirilən aksiyalar, xüsusi təkliflər və tədbirlər haqqında vaxtında xəbərdar edə bilərsiniz.
- Hədəf auditoriyasının tətqiqi. Potensial istehlakçının portretini bilməklə siz marketinq fəaliyyətlərini çox daha effektiv planlaşdıra və həyata keçirə bilərsiniz. Əlaqə mərkəzinin köməyi ilə sosioloji tədqiqatların aparılması potensial və ya real alıcı haqqında ətraflı öyrənmək üçün mükəmməl fürsətdir.